Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Şeybaninin Türkiyə səfəri yeni Suriyanın qurulmasında faydalı başlanğıc ŞƏRH

Şeybaninin Türkiyə səfəri yeni Suriyanın qurulmasında faydalı başlanğıc ŞƏRH

Icma.az bildirir, Report.az portalına istinadən.

Türkiyə Suriya üçün həmişə önəm kəsb edib. Son 13 ildə bu, daha qabarıq görünüb. Bu illər ərzində Türkiyə suriyalıların ən etibarlı sığınacağı olub.

2011-ci ildən, vətəndaş müharibəsi başlayanadan 2021-ci ilədək 3 milyon 737 min 639 suriyalı bu ölkəyə sığınıb. Bəşşar Əsəd rejimi süquta uğrayandan sonra suriyalılar öz ölkələrinə qayıtmağa başlayıblar. 2024-cü il dekabrın 31-nə olan məlumata əsasən, hazırda onların Türkiyədəki sayı 2 milyon 901 min 478 nəfərədək azalıb.

Yanvarın 15-də Suriya Ərəb Respublikasının yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybaninin başçılıq etdiyi nümayəndə heyəti Ankaraya səfər edib.

“Yeni Suriyanın rəsmi nümayəndələri kimi 14 il ərzində suriyalıları bir an belə tənha buraxmayan Türkiyə Respublikasına ilk səfər planlaşdırırıq”, - Şeybani sosial şəbəkədəki səhifəsində ziyarətlə bağlı bildirmişdi. Bu ismarışı Suriyadakı yeni hakimiyyətin Türkiyə Cümhuriyyətinə təşəkkürü, dəyəri kimi də qiymətləndirmək olar.

Düzdür, Şeybani xarici ölkəyə rəsmi səfərini daha öncə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya edib. Bunların ardınca onun Türkiyəni ziyarət etməsi də önəmli sayılır.

Əsəd Həsən Şeybani İstanbulun Sabahattin Zaim Universitetində ali təhsil alıb. Hazırda doktorluğu müdafiə edir.

Onun sadaladığımız ərəb dövlətlərindən sonra Türkiyəyə səfəri təsadüfi deyil. Xüsusən, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq görüşdən sonra bu ziyarət daha diqqətçəkicidir.

Krallığın paytaxtında Suriyadakı müvəqqəti hökumətin dəstəklənməsinə həsr edilən toplantı keçirilib. İştirakçılar yekunda yeni administrasiyanı dəstəkləməyə çağırış ediblər. Bildiriblər ki, Suriyada terrorizmə yer yoxdur.

Görüşdə Türkiyə, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Bəhreyn, İraq, İordaniya, Livan, Suriyanın xarici işlər nazirləri və rəsmi nümayəndələri iştirak ediblər. İran bu toplantıya dəvət olunmayıb.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, yanvarın sonunda üzv ölkələrin XİN başçıları Suriyaya tətbiq edilən sanksiyanın ləğvini müzakirə etmək üçün toplanacaq.

ABŞ Suriyanın dövlət orqanlarına tətbiq edilən sanksiyaları altı ay müddətinə ləğv edib.

Ər-Riyad görüşündən əvvəl ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Avropa İttifaqının yüksək səviyyəli diplomatlarının iştirakı ilə Suriya üzrə məsələ müzakirə olunub. Dekabrda İordaniyada region və Qərb ölkələri nümayəndələrinin iştirakı ilə məsələ müzakirə edilib.

Bu görüşlərdən sonra yeni administrasiya rəsmilərinin Ankara səfəri Türkiyənin Suriyanın gələcəyi ilə bağlı məsələlərdə aparıcılığını da göstərir. Cümhuriyyət rəsmiləri çıxış və açıqlamalarında bu ərəb respublikasının ərazi bütövlüyünü daim müdafiə edib, onun demokratik yolla inkişafını dəstəkləyiblər.

Türkiyə Suriyanın ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, orada istənilən muxtar qurumun yaradılmasına qarşı çıxış edir. Bundan başqa, Suriyada PKK terror qruplaşmasının YPG/PYD və onların təsis etdiyi “Suriya Demokratik Gücləri” fəaliyyətinin ləğvini istəyir. Ər-Riyad görüşündə də terrorçularsız Suriya məsələsində razılıq əldə edilib.

Türkiyə Suriyada aşağıdakı məsələləri hədəfləyir:

- Ərəb respublikasının ərazi bütövlüyünün qorunması;

- hakimiyyətin demokratik prinsiplər əsasında formalaşması;

- terror qruplaşmalarının, o cümlədən PKK və onun qollarının, təsis etdiyi qurumun ləğv edilməsi;

- ölkənin unitarlığının qorunması (muxtar ərazilərin yaranmaması);

- qonşu ölkələrlə dinc-yanaşı yaşamasının təmin edilməsi;

- vahid ordunun yaranması, qanunsuz silahlı birləşmələrin tərk-silah olunması;

- bütün etnik qrupların, o cümlədən türkmənlərin hakimiyyətdə təmsil olunması;

- yeni konstitusiyanın hazırlanması və referendumun keçirilməsi;

- terrora qarşı mübarizədə yeni administrasiyaya yardım edilməsi;

- Türkiyə hərbi bazasının Suriyada yerləşməsi;

- iki ölkənin dövlət sərhədində Türkiyə hərbçilərinin yerləşdirilməsi;

- türkmənlərin hüquqlarının müdafiəsi;

- region ölkələri, o cümlədən İsraillə əlaqələrin bərpası və mübahisəli məsələlərin həlində Dəməşqə diplomatik yardım edilməsi;

- dağılmış iqtisadiyyatın bərpası və ölkənin yenidən qurulması;

- energetika, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və s.

Yeni hakimiyyət Türkiyənin dövlət və idarəetmə modelini istiqamət olaraq götürə bilər. Çünki bir çox aspektlərdən Suriya ictimaiyyəti Türkiyəyə daha yaxındır. Son 60 ildə ölkə vətəndaşları qonşu dövlətlə sıx əlaqədə olublar.

Bəşşar Əsəd hakimiyyətinin son illərində Türkiyənin milli valyutası, istehsal etdiyi məhsullar Suriya bazarlarında aparıcı olub. Milyonlarla suriyalı qaçqının Türkiyədə yaşaması, iş adamlarının bu ölkə qanunlarına uyğunlaşması əlaqələr və əməkdaşlığın inkişafına təkan verər.

Suriyanın yeni hakimiyyəti Türkiyənin antiterror təcrübəsi və terrorla mübarizəsindən də gələcəkdə faydalana bilər. “Ərəb baharı” baş vermiş ölkələr üçün Türkiyə örnək olar bilərdi. Ancaq hakimiyyətə gələnlər ondan yetərincə faydalanmadı. Hətta Bəşşar Əsəd belə hakimiyyətə gələndən sonra islahata meyillənmədi, Qərbin və rəsmi Ankaranın tövsiyələrinə məhəl qoymadı. O, çıxış yolunu Rusiya və İranla əməkdaşlıqda gördü. Ancaq Suriya cəmiyyəti yenilik istəyirdi. Elə 2011-ci ildə bu ölkədə keçirilən etiraz aksiyalarının əsas tələbi də bu istiqamətdə idi.

Müsəlman ölkələri dinlə hakimiyyəti bir-birindən ayırmaqda müəyyən problemlərlə üzləşirlər. Bunlardan birinə üstünlük verəndə problemlər yarana bilir. Türkiyə modeli bu məsələdə də Suriyaya örnək ola bilər.

Bu baxımdan, rəsmi Dəməşqin Ankara ilə əlaqələri dərinləşdirməsi hər iki tərəflə yanaşı, region ölkələrinin də xeyrinə olar. Odur ki, Şeybaninin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə ilk səfəri yeni Suriyanın yaranması üçün faydalı başlanğıc olar.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri