Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Seyran Səxavətlə bağlı dörd dəfə rəsmi müraciət olub

Seyran Səxavətlə bağlı dörd dəfə rəsmi müraciət olub

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar fəxri adlarla bağlı məsələ gündəmdə düşmür. Bir qism insan deyir, fəxri adlar ləğv edilsin, başqa qism deyir, qalsın. Elə mədəniyyət xadimləri, söz ustaları, səs sənətçiləri, yazıçılar, şairlər və sair yaradıcı adamlar var ki, cəmiyyətdə, hətta ölkədən kənarda tanınıb sevilsələr də, fəxri adları yoxdur. Onlardan biri də tanınmış yazıçı, sevilən şair, dramaturq, publisist, tərcüməçi Seyran Səxavətdir.

Seyran Səxavət kimdir?

Seyran Səxavət (Xanlarov Seyran Əsgər oğlu ) 1946-cı il mart ayının 23-də Füzuli rayonunun (keçmiş Qarabulaq) Yağlıvənd kəndində anadan olub. 1962-ci ildə doğma kəndində orta məktəbi başa vurandan sonra iki il X.B.Natəvan adına Füzuli şəhər orta məktəbində direktorun köməkçisi vəzifəsində çalışmış, 1964-cü ildə uğurla imtahan verərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunmuş, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnmişdir. Sovet ordusunda xidmət keçdiyi illərdə (1970-1972) SSRİ Müdafiə Nazirliyinin tərcüməçisi kimi fars dili üzrə ixtisasını təcrübi olaraq daha da dərinləşdirmişdir.

Sonrakı fəaliyyətinin əhəmiyyətli qismi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanlarında yaradıcı əməyilə bağlı olmuşdur. 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrini tutmuşdur.

1974-1976-cı illərdə ixtisası ilə əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunmuş, orada iki il tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1976-1981-ci illərdə “Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışmış, milli teatrlarımızın səhnə-tamaşa həyatının elmi-publisistik və sənədşünaslıq yönündən işıqlandırılmasında, Azərbaycan ədiblərinin nəsr əsərlərinin (hekayə, povest, roman) seçilib nəşrə hazırlanması və geniş oxucu dairələrinə çatdırılmasında uzunmüddətli, ciddi əmək sərf etmişdir.

Bədii yaradıcılığa ötən əsrin 60-cı illərinin lap əvvəllərində başlamış, 1962-ci ildə Füzuli rayonunda çıxan “Qızıl Araz” qəzetində ”İki arzu” adlı ilk şeiri çap olunmuşdur. Poetik axtarışlarının yekunu kimi meydana çıxan, özündən əvvəlki poeziya örnəklərindən və həmyaşıd qələm dostlarının yazdıqlarından tamamilə fərqlənən novator şeirləri dillər əzbəri olmuş, Azərbaycan gəncliyinin ən ülvi hisslərini ifadə etmişdir. 1970-ci ildə ilk şeir kitabı – “Adalar”, 1977-ci ildə yenə poetik axtarışlarından ibarət “Mənim planetim” kitabı çap olunmuş, şeirlərinin böyük qismi “Seçilməmiş əsərlər” çoxcildliyinin ilk cildində yer almışdır.

İran dövlətində ( indiki İran İslam Respublikası) tərcüməçi işləyərkən qələmə aldığı ilk hekayəsi – “Hamı elə bilirdi” adlı əsəri 1976-cı ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuşdur.

Müxtəlif illərdə və müxtəlif dillərdə işıq üzü görən nəsr əsərlərindən ibarət kitabları həm istedadlı, orijinal və məhsuldar bir yazıçı olaraq onun, həm də 50-60 ildə yaradılan müasir Azərbaycan nəsrinin bədii-fəlsəfi tutumunu əks etdirməkdədir.

Şeirləri və nəsr əsərləri dünyanın bir çox dillərinə – türk, əfqan, ingilis, fransız, alman, ispan, rus, fars, ərəb, ukrayna, gürcü, erməni, tacik, qırğız, moldova, altay və sair çevrilmişdir. Keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işıq üzü görən nəsr əsərlərindən ibarət kitabı 100 min tirajla yayılmışdır.

1990-cı ilin qanlı yanvar hadisəsi zamanı SSR-i hökümətinin Bakıya xarici jurnalistlərin gəlişini qadağan etdiyi bir vaxtda, Paris televiziyasından Marina Jakumenin rəhbərliyilə dörd nəfərdən ibarət heyətin Tiflis üzərindən ölkəmizə səfər etməsini təşkil etmişdir.

Bədii publisistika və bədii tərcümə sahəsində xidmətləri də oxucuların yaddaşında dərin izlər buraxmışdır. Azərbaycanın xalq artisti, ilahi qüdrətdən gələn bir səslə Azərbaycan muğamlarını və xalq mahnılarını ifa edən xanəndə Qədir Rüstəmovla “Atüstü söhbət” əsəri ədəbi müsahibə janrına yeni nəfəs vermişdir. Məhz janrdan novator istifadə məharəti sonralar ona bədii-publisistik üslubda “Palıd toxumu”, “Bəhanə” kimi iri həcmli romanları, “Kasib” başlıqlı satira və yumor silsiləsini yaratmağa imkan vermişdir.

Dünya ədəbiyyatından bir qism örnəkləri, o cümlədən Azərbaycanın dostu, “Drujba narodov” jurnalının baş redaktoru A. Ebonoidzenin “İki ay kənddə və ya imeretsayağı evlənmə” romanını doğma dilimizə çevirmişdir.

İstedadlı Azərbaycan ədibi olaraq həm respublikada, həm də dünya səviyyəsində bir çox dövlətlərdə (Fransa, ABŞ, İngiltərə, İran, Türkiyə, İtaliya, İspaniya...) ölkəmizi təmsil etmiş, konfrans və simpoziomlara qatılmışdır. Müstəqillik illərində kütləvi informasiya vasitələrinə verdiyi beş mindən artıq intervüylə Azərbaycan həqiqətlərinin carçısı rolunda çıxış etmişdir.

Arzu Əliyevanın təşəbbüsüylə lentə alınan Bakı Media Mərkəzinin zəfərimizə həsr edilmiş “Biz” filmi Seyran Səxavətin çıxışı və ideyası əsasında çəkilmişdir.

Vətən Müharibəsində zəfərimizdən sonra media orqanlarında mütəmadi çıxış edərək, qələbəmizi, Ordumuzun və Ali Baş Komandanımızın şücaətini dəfələrlə təqdir etmişdir.

Azərbaycan Yazıçılar Birliyinin zəfərimizə həsr olunmuş, əslən Qarabağdan olan yazıçıların öz doğma bölgələri barədə əsərlərindən ibarət olan “Qarabağ dastanı – 30 ilin həsrəti, 44 günün zəfəri” kitabında doğma yurdu Füzulinin qədim tarixinə və azadlığa qovuşmasına həsr etdiyi məqaləsi böyük rəğbətlə qarşılanmışdır.

Azərbaycanda təzahür edən ictimai, mədəni, ədəbi proseslərə həssas yanaşmış, gənc yazarlara kömək məqsədi ilə ədəbi birliklərə rəhbərlik etmiş, ölkəmizin həyatında baş verən önəmli hadisələrə kreativ şəkildə - yazılı və internet mətbuat məkanında mövqeyini bildirmişdir. Hazırda ustad ədib olaraq AYB-də məsləhətçi vəzifəsində çalışır. “Azərbaycan” jurnalının redaksiya heyətinin, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin) üzvüdür. 2002-ci ilin ədəbi yekunlarına görə “Nekroloq” romanı AYB-nin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülmüşdür. 2022-ci ildə Nizami Gəncəvi mükafatına layiq görülmüşdür.

50, 60, 70 və 75 illik yubileyində Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi tərəfindən fəxri adla mükafatlandırılması üçün rəsmi müraciətlər edilmişdir.

Xatırladaq ki, 2026-cı il martın 23-də Seyran Səxavətin 80 yaşı tamam olacaq. Qocaman yazıçının 80 illik yubileyi münasibətilə Yazıçılar Birliyi yəqin ki, növbəti dəfə müraciət edəcək. Ancaq indiyə qədər artıq 4 dəfə müraciət olunub. Çox güman ki, bu müraciətlər nəzərə alınar və xalqın yazıçısı Seyran Səxavətə "Xalq Yazıçısı" fəxri adı verilər.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri