Icma.az
close
up
RU
Şeyx məscidlərə nəzarəti itirdi Türkiyə modelinə keçid

Şeyx məscidlərə nəzarəti itirdi Türkiyə modelinə keçid

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib. Bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının mayın 22-də keçirilən iclasında özü bildirib. Şeyx qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır. İndiyə kimi bu səlahiyyət QMİ-də idi. Bu məsələ “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb. Qərar 2022-ci ildə hazırlanıb.

Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovdur. Bundan sonra məscidlərə din xadimlərinin təyinatını A.Paşazadə yox, R.Məmmədov təsdiqləyəcək. Bu dəyişiklik isə Şeyxin səlahiyyətlərinin azaldılması sayılır.

QMİ-nin səlahiyyətlərinin azaldılmasına gəlincə, əslində bu proses illər öncə başlamışdı. 2001-ci ildə yaradılan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQDK) yavaş-yavaş bu sahəyə nəzarəti artırmağa başladı. Əvvəlcə təbliğat və maarifləndirmə işləri ilə məşğul olan komitə bir müddət sonra dövlətin strateji maraqları çərçivəsində olan dini təhsil məsələsini QMİ-nin əlindən aldı.

Belə ki, 2018-ci ilə qədər QMİ-nin tabeliyində olan Bakı İslam Universiteti ləğv olundu və əvəzində DQDK-nın nəzarət etdiyi İlahiyyat İnstitutu yaradıldı. İndi isə artıq qanuna edilən müvafiq dəyişiklikdən sonra Qafqaz Müsəlmanları İdarəsi sadəcə dini fətva və əlamətdar təqvimləri elan edən ictimai təşkilat kimi fəaliyyət göstərəcək.

Yeri gəlmişkən, din xadimlərindən 5 imam, 14 imam müavini və 4 qadın dini ayinlərin icraçısı vəzifəsinə təyinat alıblar. Bu barədə mayın 21-də komitə məlumat yayıb.  Bildirilib ki, komitə sədri Ramin Məmmədov İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanaraq təyinat almış din xadimləri ilə görüşüb.

Qanuna əsasən, din xadimi olmaq üçün ali və ya orta ixtisas dini təhsili şərtdir. Ali dini məktəb və ya mədrəsə-kollec bitirməmiş bir adamın məscidə din xadimi təyin edilməsi mümkün deyil. Prezidentin fərmanı ilə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi təyinatlı din xadimlərinə aylıq maddi dəstək verir.

Kənan Rövşənoğlu

Dini mövzular üzrə araşdırmaçı-yazar Kənan Rövşənoğlunun sözlərinə görə, əslində gecikmiş bəyanatdır: “Çünki 2022-ci ildən qanunvericilik dəyişdirilib və məscidlərə din xadimi təyinatı Dövlət Komitəsi tərəfindən, müvafiq komissiyada imtahandan keçmiş şəxslər təyin olunur. Yeri gəlmişkən, DQİDK-nın ruhani imtahanı komissiyasında QMİ-nin də təmsilçisi iştirak edir, amma qanunla təyinat səlahiyyəti artıq komitədədir. Daha əvvəl bölgü belə idi ki, məscidin icması komitə tərəfindən qeydiyyata alınır, məscid özü isə tarixi abidədirsə, Mədəniyyət Nazirliyinin, deyilsə, bələdiyyə və ya dövlətin balansında olurdu”.

K.Rövşənoğlunun sözlərinə görə, ruhani isə QMİ tərəfindən müvafiq icra orqanları ilə razılaşdırılaraq təyin olunurdu: “Ancaq artıq bu qanun dəyişib və ruhani təyinatı da komitəyə verilib. QMİ isə Qazılar Şurası və Elmi - Dini Şura vasitəsilə dini bayram və əlamətdar hadisələrlə bağlı fətvalar verir, bölgə qazıları təyin edir. Ancaq məscidlər əsasən komitənin nəzarətindədir. Bu daha çox Türkiyə modelli idarəçilikdir. Artıq bizdə də tətbiq olunur”.

Təhlilçi bu modelə keçidin müsbət və mənfi tərəfləri olduğunu düşünür: “Müsbət tərəfi bəli, təyinatların bir mərkəzdən həyat keçirilməsi, ölkədə təhsil almış, sənədi olan ruhanilərin təyin olunmasıdır. Yəni ən azı əvvəlki pərakəndəlik yoxdur. Mənfiliyi isə odur ki, məscidlər artıq bir dövlət qurumuna çevrilir, din xadimlərinin bəzən nəinki həmin bölgə, ümumiyyətlə, icma ilə hər hansı bağı olmur. Bu da məscidlərin dövlət idarəsi kimi fəaliyyət göstərməsidir. Nəticə etibarı ilə Türkiyədə 50-60-cı illərdə sürətli camaatlaşmaya, yəni məsciddən kənarda "yeraltı" camaatlaşmaya gətirdi. Bu mənada mənfi tərəfi ən azı indi bilinməsə də, yaxın illərdə özünü göstərəcək. Hökumət məscidlərə tam nəzarət etmək üçün tamamən özününküləşdirir, bu da əhali, sadə dindarlarla məscidlər arasında məsafəyə səbəb olur. Dediyim kimi, bunun nəticəsi indi olmasa da yaxın illərdə daha qabarıq üzə çıxacaq".

Onun fikrincə, QMİ rəsmi olmasa da, qeyri-rəsmi dövlətin nəzarətində bir qurum idi: “Çar Rusiyası tərəfindən yaradılmış inzibati dini mərkəzdir. Bununla belə, müəyyən mənada tam olaraq dövlət qurumu olmadığı üçün məscidlərin onun nəzarətində qalması daha effektiv idi. Lakin QMİ ötən dövrdə üzərinə düşən işi tam olaraq yerinə yetirə bilmədi, nəticədə hökumət də bunu əsas alaraq səlahiyyətləri öz əlinə cəmlədi”.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 May 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri