“Səyyar Kofe Evləri 2” layihəsi üçün avadanlıqlara 284 min 863 manat xərclənəcək
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Dövlət Məşğulluq Agentliyi “Səyyar Kofe Evləri-2” layihəsi çərçivəsində yeni avadanlıqların alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 344 min 680 manat olsa da "TANOD MMC" ilə 284.863 manatlıq müqavilə imzalanıb.
Layihə çərçivəsində 15 ədəd qəhvə maşını, 15 ədəd qəhvə üyütmə maşını, 15 ədəd treyler (səyyar qəhvə evlərinin fəaliyyətini təmin edəcək nəqliyyat vasitələri) olmaqla ümumilikdə 45 avadanlıq alınçası planlaşdırılır.
Diqqətə çatdıraq ki, alınan avadanlıqlar işsiz şəxslərin məşğulluğunun artırılması və sahibkarlığın inkişafına töhfə verməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, avadanlıqların alınması prosesi aprelin 30-na qədər tamamlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 31 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















