Icma.az
close
up
RU
Şiə qardaşlarımız və digər islamçılar İsraili məğlub edə bilməyib Aleksandr Duqin

Şiə qardaşlarımız və digər islamçılar İsraili məğlub edə bilməyib Aleksandr Duqin

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"HƏMAS öz mübarizəsinə "Mossad"ın rəhbərliyi altında başlayıb, Netayahuya da elə bu lazım idi..."

Məşhur rusiyalı filosof və politoloq, ABŞ mətbuatında tez-tez "Putinin beyni" adlandırılan Aleksandr Duqin Yaxın Şərqdəki son hadisələrlə bağlı açıqlama verib. 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün Telegram-kanalında yazıb. Məlumatı "cursorinfo.co il" nəşri yayıb.

Duqin bildirib ki, 2024-cü ildə Rusiyanın "strateji müttəfiqləri və qardaşları" olan şiələr İsrailin timsalında kollektiv Qərb tərəfindən ciddi məğlubiyyətə uğradılıb.

"Yəmən husiləri özlərini ən yaxşı tərəfdən göstərib və hələ də var gücü ilə mübarizə aparır və bu, belə də olmalıdır. Təəssüf ki, digərləri uğur qazana bilməyib," - Duqin qeyd edib və əlavə edib ki, "Hizbullah"ın livanlı dostları və qəhrəmanları şəhidlərdir."

"Amma bəyəm son döyüşə daha yaxşı hazırlaşmaq mümkün deyildi? Görünür, HƏMAS öz ümidsiz mübarizəsinə heç bir məsləhətləşmələr aparmadan və əksinə, "Mossad"ın rəhbərliyi altında başlayıb. Netanyahuya bu lazım idi və o, istədiyini əldə edib. Bəs Müqavimət hərəkatı harada idi?" - deyə rusiyalı filosof sual edib.

O bildirib ki, İsrailin Qəzzadakı hərbi kampaniyasının başlanğıcından dərhal sonra yəhudi dövlətinin üzərinə "İslam qüvvələrinin gücünü" göstərmək lazım idi".

"Və bu, Yəmən husiləri istisna olmaqla, demək olar ki, baş verməyib. İsrail Qəzzanı məhv edib və Livana hücum edib. Bəs Livan bu müddət ərzində harada olub? Nəsrullahın öldürülməsini, yoxsa "Mossad"ın partlayıcı ilə dolu peycerləri işə salmasını gözləyib? Bu, əsl iflasdır", - Duqin təəssüfünü gizlətməyib.

Daha sonra o, Suriyadakı dövlət çevrilişi haqqında danışmağa başlayıb: "Və yenə də İsrail öz məqsədinə çatır, amma Müqavimət hərəkatı heç bir şey əldə edə bilmir. Əl-Culani indi dünyanın kameraları qarşısında parlayacaq, sonra isə dəhşətli müharibə və İsrailin uğurları davam edəcək. Şiə qüvvələri və bizimkilər çıxarılıb. Amma bu bizim müharibəmiz deyil. Bizim müharibə Ukraynadadır. Bu isə sizin, İslamın müharibəsidir və siz onu uduzursunuz."

"Putinin beyninin" fikrincə, İran da özünü yaxşı tərəfdən göstərə bilməyib. "İsraillə döyüşə heç kim hazır olmayıb. Ayətullah Xomeyninin vəsiyyətləri, görünür, unudulub. Halbuki indi məhz həmin o son döyüşdür," - deyə Duqin qeyd edib və İranda keçmiş prezident Rəisinin aradan götürülməsinin "görməzdən gəlinməsini" tənqid edib.

"2024-cü ildə İslam dünyası özünü çox da yaxşı göstərməyib. 2025-ci ildə sionistlər Əl-Əqsanı partlatmağa hazırlaşır. Əgər belə davam etsə, onlar bunu sakit və əminliklə edəcək və yalnız şiələr buna etiraz edəcək", - o, deyib.

"Digər müsəlmanlar isə nəinki sivilizasiya dövləti qura bilmir, ümumiyyətlə, vəziyyət çox qorxuncdur. "Mossad" və Mərkəzi Kəşfiyyat İdarəsinin əmri ilə yalnız radikal və iyrənc hərəkətlər etməyə qadirdir. Çox acınacaqlı mənzərədir," - rusiyalı politoloq qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Yanvar 2025 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri