Icma.az
close
up
RU
Şimali Makedoniya və Azərbaycan millisini çalışdırmış məşqçi: Həm Qarabağ , həm də Şkendiya nın yaxşı sponsoru, yaxşı pulu var

Şimali Makedoniya və Azərbaycan millisini çalışdırmış məşqçi: Həm Qarabağ , həm də Şkendiya nın yaxşı sponsoru, yaxşı pulu var

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Şimali Makedoniya millisinin sabiq baş məşqçisi, hazırda Bolqarıstan yüksək liqasında yarışan “Spartak”(Varna) klubunu çalışdıran Qyoko Haciyevski Sportal.az saytına açıqlama verib.

Azərbaycan millisi, həmçinin “Bakı” və “Simurq”da da işləmiş 70 yaşlı mütəxəssis bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Skopyedə keçiriləcək “Şkendiya” – “Qarabağ” oyunu haqda danışıb:

"Şkendiya"nın FKSB klubunu keçməsi bəlkə gözlənilməz gələ bilər. Amma "Şkendiya" layiqli şəkildə mərhələ adladı. Onlar hər iki görüşdə FKSB klubuna qarşı yaxşı oynadı və mərhələni keçdi. Hər iki matçda da onlar ən yaxşı tərəf idi. İndi komandadakı motivasiya yüksəkdir. "Şkendiya" son 10 ildə ənyaxşı büdcəyə malikdir. Təcrübəli futbolçuları var, uzun müddətdir birlikdə oynayırlar. Komandaya legioner də gətiriblər. "Qarabağ"da da vəziyyət eynidir. Hər iki klubun yaxşı sponsoru və yaxşı pulu var. Hər ikisi ölkəsində çempionluğa oynayır. "Qarabağ"ın Avropa təcrübəsi daha çoxdur. Amma rəqibi qiymətləndirməmək olmaz".

Haciyevski, hazırda Şimali Makedoniya çempionunun kapitanı olan Besart İbrahimi haqda da fikirlərini bildirib. O, bildirib ki, 38 yaşlı futbolçu vaxtı ilə "Bakı"ya keçidə yaxın olub: 

"Şkendiya" da təcrübəli futbolçulara sahibdir. Məsələn, Besart İbrahimini qeyd edərdim. O, komandanın əsas futbolçusudur. Uzun illərdir ki, yaxşı səviyyədə futbol oynaylr. Mən sizə bir şeyi açıqlayım. Besart "Bakı"ya keçməyə çox yaxın idi. Onun 20 yaşı olanda, təxminən 15-16 il əvvəl mən Besartı "Bakı"ya dəvət etmişdim. Bir ay Azərbaycanda oldu, məşqlərimizdə də iştirak etdi. Amma həmin vaxtı İbrahiminin komandası olan "Renova" onu buraxmadı. Halbuki, öncə dedilər ki, azad agent olacaq. Amma sonradan buna imkan vermədilər. "Bakı"nın düşərgəsində 1 ay olmuşdu. Uzun illərdir ki, yerli liqada bombardirlik keyfiyyətini göstərir. 38 yaşı var, onun qapıya hər zərbəsi təhlükəlidir. Əvvəlki kimi gənc olmaya bilər, amma onun böyük təcrübəsi var".

Sonda isə Haciyevski cütün favoritinin "Qarabağ" olduğunu bildirdi: "Qarabağ" üçün oyun asan keçməyəcək. Dəqiq belədir. Ola bilər ki, favoritdirlər. Çünki "Qarabağ"ın təcrübəli heyəti var. Amma "Qarabağ" üçün çətin oyun olacaq. İlk oyun Skopyedədəir. "Şkendiya" FKSB kimi güclü klubu da belə keçdi. Öncə evdə uddular, sonra səfərdə qalib oldular. "Şkendiya" çox yaxşı komandadır. Hər halda, "Şkendiya" və "Qarabağ" komandalarının mübarizəsini izləmək maraqlı olacaq".

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Avqust 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri