Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şimali Makedoniyanın Koçani şəhərindəki faciəli yanğında xəsarət alan 4 nəfər İtaliyaya gətirilib.
AZƏRTAC xəbər verir ki, yaralıların əsasən azyaşlı olduqları bildirilib. Onlar Milan, Parma və Pizadakı xəstəxanalara yerləşdiriliblər.
Xatırladaq ki, martın 16-da gecə saatlarında Koçanidəki “Pulse” adlı diskotekada pirotexniki maddələrin səbəb olduğu yanğın və izdiham zamanı 59 nəfər ölüb, 22-si ağır olmaqla 155 nəfər xəsarət alıb. Klubda konsert verən “DNK” hip-hop qrupunun 8 üzvü də yanğında həlak olub.
Vəziyyəti ağır olan 51 yaralının Serbiya, Monteneqro, eləcə də Türkiyə, Bolqarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya, Avstriya, Norveç və Macarıstandakı xəstəxanalara aparılıb.
Şimali Makedoniyada elan olunmuş 7 günlük matəm davam edir, bütün ölkə üzrə qurumlarda və ictimai yerlərdə dövlət bayrağı yarıya qədər endirilib. İnsanlar baş vermiş fəlakətli yanğında həlak olanların xatirəsini ehtiramla yad edir, faciədə ölənlərin və yaralananların ailələri ilə həmrəy olduqlarını bildirirlər. Həmçinin ölkə parlamentində başsağlığı kitabı açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Mart 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















