Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Siqaret çəkən işçilər şirkətlər üçün əlavə xərclər yaradır Araşdırma

Siqaret çəkən işçilər şirkətlər üçün əlavə xərclər yaradır Araşdırma

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Aparılan araşdırmalar siqaret çəkməyin təkcə sağlamlığa deyil, həm də iş tapmaq və daha yüksək gəlir əldə etmək imkanlarına mənfi təsir etdiyini göstərir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “JAMA Internal Medicine” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Tədqiqat 251 işsiz şəxs üzərində 12 ay ərzində aparılıb. Onların 131-i siqaret çəkən, 120-si isə siqaret çəkməyən olub.
Nəticələrə görə, siqaret çəkməyənlərin iş tapmaq ehtimalı daha yüksəkdir. Bir il ərzində siqaret çəkməyənlərin 55,6 faizi işə qəbul olunub, siqaret çəkənlərdə isə bu göstərici 26,6 faiz təşkil edib.
Araşdırma həmçinin maaş fərqini də ortaya qoyub. Siqaret çəkənlər saatda orta hesabla 15,10 dollar qazandıqları halda, siqaret çəkməyənlər 20,27 dollar qazanıb. Bu fərq illik hesabla 8 300 dollardan çox gəlir itkisi deməkdir.
İştirakçıların orta yaşı 48 olub və onların 65,7 faizi kişi olub. Eyni zamanda, bir çoxunun yaşayış şəraiti qeyri-sabit olub və yalnız 31,1 faizi ali təhsilli olub.
Tədqiqat müəllifləri bildirirlər ki, siqaret çəkən işçilər işəgötürənlər üçün əlavə xərclər yaradır. Buna görə də işəgötürənlər işçi qüvvəsində siqaret istifadəsini azaltmaq üçün getdikcə daha çox tədbir görürlər.
Qeyd edək ki, siqaret çəkən işçilərin işəgötürənlər üçün yaratdığı əlavə xərclərin başında iş məhsuldarlığının aşağı düşməsi (fasilələr) göstərilir. Belə ki, gün ərzində bir neçə dəfə verilən "siqaret fasilələri" ümumi iş saatından kəsilir. Hər biri 10-15 dəqiqə çəkən 4-5 fasilə, gün ərzində təxminən 1 saatlıq iş itkisi deməkdir. İllik hesablama apardıqda bu, şirkətin faktiki olaraq iş görülməyən saatlar üçün də əlavə əməkhaqqı ödəməsi mənasına gəlir.
Bundan başqa, bir çox ölkələrdə işçilərin tibbi sığortasını işəgötürən təmin edir. Siqaret çəkənlərdə xroniki xəstəliklərin (tənəffüs yolları, ürək-damar və s.) riski daha yüksək olduğu üçün onların sığorta xərcləri də daha baha olur. Nəticədə işəgötürən bu risk qrupu üçün sığorta şirkətlərinə daha çox vəsait ödəməli olur.
Tədqiqatlar göstərir ki, siqaret çəkən şəxslər çəkməyənlərə nisbətən daha tez-tez xəstələnirlər. İmmunitet zəifliyi səbəbindən götürülən bülletenlər (xəstəlik vərəqələri) iş prosesini axsadır. İşçi yerində olmadığı halda onun funksiyalarını yerinə yetirmək üçün digər işçilərə əlavə iş yükü düşür və ya əvəzedici kadr cəlb edilməsi üçün vəsait tələb olunur.
Eyni zamanda siqaret asılılığı və ya nikotin çatışmazlığı (abstinent sindromu) səbəbindən işçilər diqqətlərini cəmləyə bilmirlər. Nikotin aclığı hiss edən işçinin konsentrasiyası pozulur, qərar vermə sürəti zəifləyir və səhv etmə ehtimalı artır.
Həmçinin siqaret çəkilən yerlərin havalandırılması, qoxunun aradan qaldırılması və külqabıların təmizlənməsi üçün əlavə xərclər lazım olur.
Siqaret istifadəsi ofis və ya istehsalat sahələrində yanğın riskini də artırır ki, bu da mülkiyyət sığortası xərclərinin yüksəlməsinə səbəb olur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Aprel 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri