Icma.az
close
up
RU
Sistem var, bərabərlik yoxdu: Kənd uşaqsız, şəhər bağçasız qalıb

Sistem var, bərabərlik yoxdu: Kənd uşaqsız, şəhər bağçasız qalıb

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məktəbəqədər təhsil müəssisələrinə qəbulas start verilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 18 iyul 2025-ci il saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 25 iyul 2025-ci il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər. 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 7 (yeddi) gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.
Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.
Qeyd edilib ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirdi ki, Məktəbəqədər təhsil uşağın şəxsiyyətinin, davranış və sosial bacarıqlarının, nitq və motor inkişafının əsaslarının formalaşdığı dövr olaraq, təhsil sisteminin ən vacib mərhələlərindən biridir:


“Tədqiqatlar sübut edir ki, məktəbəqədər təhsilə çıxış əldə edən uşaqlar sonrakı pillələrdə daha yüksək nailiyyətlər göstərir, emosional tənzimləmələri və sosial adaptasiyaları daha güclü olur. Lakin Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi, bu müəssisələrin fiziki və pedaqoji potensialı, dövlət və özəl sektor arasında balans və ailələrin bu sahəyə çıxışı baxımından hələ də ciddi problemlərlə üz-üzədir. Qanunvericilikdə müəyyən edilmiş əsaslar kağız üzərində mövcud olsa da, tətbiqdə sistemli uyğunsuzluqlar müşahidə olunur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 19-cu maddəsinə əsasən, məktəbəqədər təhsil uşaqların inkişafına və məktəbə hazırlanmasına yönəlmiş təhsil pilləsidir və könüllü xarakter daşıyır. Eyni zamanda, Nazirlər Kabinetinin 10 noyabr 2016-cı il tarixli 472 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu Qaydaları”na əsasən, dövlət bağçalarına qəbul www.bq.edu.az portalı üzərindən aparılır və qəbul zamanı əsas meyar uşağın yaşı, yaşayış yeri və bəzi sosial üstünlüklərdir. Lakin bu formal meyarlar real bərabər çıxışı təmin etmir. Rəqəmlər göstərir ki, 2024-cü ilə olan məlumata əsasən, məktəbəqədər yaşda olan uşaqların cəmi 38.2 faizi bu pilləyə cəlb olunub. Halbuki UNESCO-nun tövsiyəsinə görə, bu göstərici 70 faizdən aşağı olmamalıdır. Ən ciddi problemlərdən biri regionlar üzrə disbalansdır. Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə bağçaya çıxış nisbətən yüksək olsa da, kənd və ucqar rayonlarda bu göstərici bəzi hallarda 20 faizdən də aşağıdır. Həmçinin, bağçaların çoxu sovet dövründən qalma, infrastrukturu köhnəlmiş və maddi-texniki bazası zəif olan binalarda yerləşir. Dövlət bağçalarında qruplar çox zaman normadan artıq yüklənir – 20 nəfərlik qrupda 30-dan artıq uşaq yerləşdirilir. Bu isə nə pedaqoji keyfiyyətə, nə psixoloji təhlükəsizliyə, nə də fərdi yanaşmaya imkan verir. Dövlət və özəl bağçalar arasında keyfiyyət və imkan fərqləri də çox kəskindir. Özəl məktəbəqədər müəssisələrdə beynəlxalq proqramlardan (Montessori, Reggio Emilia, Waldorf və s.) istifadə olunur, müəllim heyəti yüksək maaş və təlimlərlə təmin edilir, valideynlərlə rəqəmsal kommunikasiya və fərdi inkişaf izləmə sistemi mövcuddur. Dövlət bağçalarında isə bu imkanlar ya yoxdur, ya da yalnız bir neçə pilot müəssisədə tətbiq olunur. Dövlət bağçalarında ödəniş rəsmi olaraq az olsa da (aylıq orta hesabla 25-75 manat), keyfiyyət fərqi bu ödəniş üstünlüyünü mənasız edir. Beləliklə, iqtisadi imkanları zəif olan ailələrin uşaqları avtomatik olaraq daha aşağı keyfiyyətli məktəbəqədər təhsil almağa məhkum olur. Bu isə sosial bərabərsizlik və təhsil ədalətsizliyinin kökündən formalaşmasına səbəb olur.


Ekspertin sözlərinə görə uşağın yalnız qeydiyyatda olduğu ünvana uyğun bağçaya getməsi qanunla tələb edilməsə də, sistemdə bu “ərazi üstünlüyü” avtomatik olaraq yerli bağçaya öncülük verir:

“Nəticədə, istedadlı və ya xüsusi dəstəyə ehtiyacı olan uşaq valideynin istədiyi, lakin qeydiyyatda olmadığı bağçaya qəbul oluna bilmir. Bu, xüsusilə böyük şəhərlərdə ciddi maneə yaradır və ailələri qeyri-rəsmi yollarla qeydiyyat ünvanı dəyişməyə məcbur edir. Bu sistem həm korrupsiya riskləri yaradır, həm də ailələr üçün əlavə psixoloji və maliyyə yükü yaradır. Müsbət hal odur ki, son illər bağçaya qəbulun elektronlaşdırılması, bir neçə rayonda pilot inklüziv qrupların yaradılması və bağçaların bəzi hissəsinin əsaslı təmir olunması istiqamətində müəyyən addımlar atılıb. Lakin bu tədbirlər sistemli və davamlı deyil. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə təqdim etdiyi nə “Məktəbəqədər Təhsilin İnkişaf Strategiyası” var, nə regional ehtiyaclar üzrə proqnoz modeli, nə də özəl sektorla əməkdaşlıq platforması. Nazirliyin nə planı var, nə maarifləndirici kampaniyası, nə də monitorinq sistemi. Valideynlər bağçaların keyfiyyət göstəriciləri haqqında heç bir rəsmi reytinq və ya hesabat ala bilmirlər. Dünya təcrübəsində məktəbəqədər təhsil pilləsi dövlətin prioritet sahəsi hesab olunur. Məsələn, Estoniyada məktəbəqədər təhsil 1 yaşdan etibarən pulsuz təqdim olunur və hər uşaq fərdi inkişaf planına uyğun təlim alır. İsveçdə isə 1–5 yaş arası uşaqların 95 faizi məktəbəqədər təhsilə cəlb olunub və bu sahəyə ÜDM-in 1.3 faizi ayrılır. Azərbaycanda isə bu rəqəm 0.3 faizi keçmir və bu sahə daha çox “sosial xidmət” kimi qiymətləndirilir, təhsil pilləsi kimi deyil. Nəticə etibarilə, məktəbəqədər təhsil sahəsindəki struktur problemlər, qeyri-bərabər imkanlar və zəif idarəetmə, ümumi təhsilin keyfiyyətinə, gələcək insan kapitalının inkişafına və cəmiyyətin sosial ədalət hissinə ciddi zərbə vurur. Elm və Təhsil Nazirliyi bu sahəyə yalnız pilot layihələrlə və formal hesabatlarla yanaşmamalıdır. Əgər bu yanaşma davam edərsə, məktəbəqədər təhsil pilləsi yalnız imtiyazlı təbəqə üçün əlçatan olacaq və ölkədə “təhsil imkanlarında erkən ayrıseçkilik” dərinləşəcək. Təhsil cəmiyyətin bərabərlik platforması olmalıdır, bərabərsizlik generatoru yox. Məktəbəqədər təhsildə inqilabi və ədalətli dəyişikliklər üçün isə sistemli, planlı və məqsədyönlü siyasət tələb olunur – bu siyasət isə hələ ki, yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyul 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri