Icma.az
close
up
RU
Sistemli elmi araşdırmalar toplusu

Sistemli elmi araşdırmalar toplusu

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kamilə MƏCİDLİ
Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı

Böyük Zəfərlə nəticələnən 44 günlük şanlı Vətən müharibəsi Azərbaycanın tarixində əsaslı dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandanın başçılığı, şanlı Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, otuz ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur torpaqları azad edildi. Bu qələbə təkcə hərbi deyil, həm də siyasi, mənəvi və tarixi baxımdan böyük əhəmiyyət kəsb edir. Qəhrəman şəhidlərimizin və qazilərimizin misilsiz şücaəti ilə əldə olunan bu zəfər nəticəsində Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoydu.

İşğaldan azad edilmiş ərazilərimiz yalnız strateji mövqeyi ilə deyil, həm də zəngin təbii ehtiyatları və qədim mədəni abidələri ilə seçilir. İşgal zamanında eko-terrorçular sərvətlərimizi və təbii ehtiyatlarımızı tükətmiş, meşə ehtiyatlarını ekoloji terrora məruz qoymuş, su ehtiyatlarımızı ağır metallar və çirkab sularla çirkləndirmişdilər. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii sərvətlərimizin yenidən dəqiqləşdirilməsi vacib və zəruri məsələlərdən birinə çevrilib.

Qarabağ və Şərqi Zəngəzur regionu su, meşə və torpaq resursları cəhətdən Azərbaycanın ən məhsuldar və potensiallı zonalarından sayılır. Bu ərazilərdəki çaylar - Həkəri çayı, Bərgüşadçay, Tərtərçay və digər axınlar - suvarma, içməli su təchizatı və hidroenerji istehsalı baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycan mədəniyyətinin beşiyi sayılır. Bu gün işğal dövründə dağıdılmış və ya təhrif edilmiş bir çox abidələrimizin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Buna görə də həmin ərazilərin təbii ehtiyatlarının, flora və faunasının yenidən araşdırılması, tədqiqatların aparılması, paralel olaraq regionda davamlı inkişafın təmin edilməsi məqsədilə məqsədyönlü işlərin aparılması biz tədqiqatçılar üçün olduqca maraqlı, həvəsləndirici və qürurverici prosesdir. Son illər bir çox alim və tədqiqatçılarımız bu istiqamətdə əhəmiyyətli işlər görmüş, məqalə və kitablar yazıblar. Belə önəmli və mənim üçün də xüsusi əhəmiyyət kəsb edən elmi-yaradıcı nəşrlərdən biri də akademik Akif Əlizadənin baş redaktorluğu, AMEA-nın mübir üzvü Tələt Kəngərlinin elmi rəhbərliyi və redaktorluğu ilə, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (aparıcı təşkilat), Respublika Seysmoloji Xidmət Mərkəzi, Elm və Təhsil Nazirliyinin Zoologiya, Botanika, Torpaqşünaslıq və Aqrokimya, həmçinin Coğrafiya institutlarının birgə hazırladıqları "Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası"dır.

Mən 2019-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı kimi çayların enerji sərvətlərindən səmərəli istifadə mövzusunda başladığım tədqiqatımı 2021-ci ildən etibarən sırf Qarabağ və Şərqi Zəngəzur regionunu araşdırmaq istiqamətində davam etdirirəm. Etiraf edim ki, öncəki illərdə araşdırmalarımı əsasən keçmiş ədəbiyyatlar üzərindən apardığımdan tədqiqatımın obyekti olan ərazilər haqqında ciddi məlumat qıtlığı ilə üzləşirdim. "Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası"nın nəşrindən sonra isə əminliklə deyə bilərəm ki, artıq apardığım tədqiqat işi ilə bağlı mükəmməl və peşəkar səviyyədə hazırlanmış dəyərli elmi mənbə var. Zəngin elmi bilgilərin toplandığı bu nəşrdə regionun ümumi coğrafi, hidroloji və elmi şəraiti, relyefi, səth suları, çaylarının illik axımı, hidroenerji resursları, eləcə də tədqiqatım üçün vacib olan digər istiqamətlər üzrə zəruri məlumatlar və xəritələr yer alıb.

Mənim tədqiqat istiqamətim su elektrik stansiyalarının enerji səmərəliliyi və bunun üçün önəmli olan su ehtiyatlarının öyrənilməsidir. Respublikamızın ümumi su ehtiyatlarının 25 faizini özündə cəmləşdirən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bolsulu və yüksək axımlı çayları ilə çox zəngindir.

Həkəri çayı, Bərgüşadçay və Oxçuçayın illik axım rejimi, orta illik asılı gətirmə sərfi və onların ekoloji vəziyyətinin araşdırılması elmi işim üçün xüsusi önəm kəsb edir. Oxçuçay Ermənistanın Qafan və Gəcəran şəhərləri yaxınlığında yerləşən mis-molibden mədənlərinin fəaliyyəti nəticəsində mis, dəmir və nikel kimi ağır metallarla çirklənməyə məruz qalır. Qeyd edim ki, Tədqiqatımın məqsədlərindən biri də bu çirklənmənin çay ekosisteminə və yeraltı su ehtiyatlarına olan ekoloji təsirlərini qiymətləndirməkdir. Oxçuçaydakı mis-molibden birləşmələrinin konsentrasiyası qəbul edilə bilən hədləri əhəmiyyətli dərəcəni aşır ki, bu da çaydan içməli su və kənd təsərrüfatı suvarması məqsədilə istifadə zamanı ciddi sağlamlıq riski yaradır. Eyni zamanda, regiondakı çayların əsas qidalanma mənbələri sayılan yeraltı su resurslarının da çirkab sularla zəhərlənməyə məruz qalması nəticəsində ətraf mühitin və çayın axarı boyu olan ekosistem ciddi şəkildə zərər çəkir.

Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan yenidənqurma və bərpa işləri yalnız infrastruktur layihələri ilə məhdudlaşmır. Ekoloji mülahizələr, təbii ehtiyatların davamlı və səmərəli istifadəsi, yaşıl enerji konsepsiyası və mədəni irsin qorunması kimi komponentlər də prosesə inteqrasiya olunur. Bu işlərin davam etdirilməsi üçün "Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası" dəyərli elmi mənbə kimi böyük əhəmiyyət kəsb edir.

Sonda onu da qeyd edim ki, dəyərli elmi bilgilərin toplandığı bu nəşri əldə edərkən mən həm sevinc, həm də məyusluq hissi yaşadım. Məyusluğuma səbəb yenilənmiş elmi məlumatlarla zəngin olan bu belə bir mənbəni tapmaqda gecikməyim idi...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri