Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya

Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


İlham İsmayılov: “Keçirilən hər bir görüş Türk dünyasının inteqrasiyasının sürətlənməsi istiqamətində növbəti addımdır”
“Keçirilən hər bir görüş, hər bir toplantı Türk dünyasının inteqrasiyasının sürətlənməsi istiqamətində növbəti addımdır. Sevindirici hal ondan ibarətdir ki, belə görüşlərin keçirilməsinin təşəbbüskarı, mərkəzçi rolunu da məhz Azərbaycan oynayır”.
Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, günümüzdə Türk dünyasının inteqrasiyası geridönməz, eyni zamanda vacib bir prosesə çevrilib:
“Bu baxımdan təşkilata üzv ölkələrin hökumət başçılarının Bakı görüşünü inteqrasiya prosesində mühüm mərhələ kimi qiymətləndirmək lazımdır. Düzdür, bu görüş protokol xarakteri daşısa da, lakin orada müzakirə edilən məsələlər iqtisadi sahədə də inteqrasiya prosesinin sürətlənməsinə vəsilə olacaq. “Görüş zamanı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin icrası və yeni təşəbbüslərin irəli sürülməsi müzakirə olundu. Bildiymiz kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələr geniş təbii resurslara, strateji coğrafi mövqeyə və böyük bazar potensialına malikdir. Bu baxımdan iqtisadi əməkdaşlığın dərinləşdirilməsi təşkilatın əsas prioritetlərindən biridir. Bakıda keçirilən görüşdə nəqliyyat dəhlizlərinin inkişafı, xüsusilə Orta Dəhlizin genişləndirilməsi, xüsusilə Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan dünya bazarlarına çıxarılması, enerji layihələrinin koordinasiyası, ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarının genişləndirilməsi kimi məsələlər əsas müzakirə mövzuları sırasında yer alırdı ki, bütün bunlar da siyasi inteqrasiya ilə bərabər, iqtisadi inteqrasiyanın da ümumi Türk birliyi baxımından nə dərəcədə vacib olduğunu ortaya qoyur”.
İlham İsmayılov qeyd edib ki, təşkilata üzv ölkələrin vətəndaş cəmiyyətləri də, eyni zamanda rəhbərlik etdiyi ATXƏM təşkilatı Türk dünyasının inteqrasiyasının sürətlənməsinə dəstək verir:
“Məlumat üçün qeyd edim ki, bu il ərzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə TDT-də təmsil olunan ölkələrin ictimai təşkilatlarının iştirakı ilə Bakı forumları keçiriləcək. Eyni zamanda Azərbaycan Şimali Kipr QHT-lərinin Forumunun keçirilməsi layihəsi etimad olaraq ATXƏM-ə verilib. Bu da öz-özlüyündə vətəndaş cəmiyyətlərinin də inteqrasiya proseslərində aktiv olduqlarının göstəricisidir. Bir sözlə Türk dövlətlərinin inteqrasiyası bütün sahələr üzrə inkişaf edir”.
İlham İsmayılov xatırladıb ki, may ayında Türküstan şəhərində Türk Dövlətləri başçılarının növbəti Zirvə Görüşü keçiriləcək. Onun sözlərinə görə, 2009-cu ildə Naxçıvanda Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası adı altında yola çıxan türk dövlətləri bu gün TDT çətiri altında birləşiblər.
ATXƏM sədri sonda onu da qeyd edib ki, son illərdə Türk dövlətləri arasında əlaqələrin sürətlə inkişaf etməsi qlobal siyasi və iqtisadi dəyişikliklər fonunda xüsusi diqqət çəkir:
“Müasir beynəlxalq münasibətlər sistemində regional birliklərin rolu getdikcə artır. Bu baxımdan Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi onların qlobal siyasətdə təsir imkanlarını genişləndirir”.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Aprel 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri