Icma.az
close
up
RU
Siyasi şərhçi: Azərbaycanın bir güllə atılmadan Ağdam rayonunu azad etməsi dünyada yeni presedent yaratdı

Siyasi şərhçi: Azərbaycanın bir güllə atılmadan Ağdam rayonunu azad etməsi dünyada yeni presedent yaratdı

Icma.az bildirir, Report.az portalına istinadən.

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə nəticəsində Ermənistanın kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur olması səbəbindən Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsinin bir güllə atılmadan mərhələli şəkildə azad etməsi dünyada yeni presedent yaratdı.

Bunu “Report”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin iqtisadi, siyasi və sosial əsasları yaradılır:

“Ağdam, Kəlbəcər və Laçın Azərbaycanın hərbi-siyasi yolla erməni işğalçılarından təmizlədiyi ərazilərdir. Hazırda həmin ərazilərdə geniş quruculuq və bərpa işləri aparılır, ərazilərdə təhlükəsizliyin bütün parametrləri, o cümlədən hərbi, iqtisadi, siyasi və sosial əsasları yaradılır. Bu əsaslar "Böyük Qayıdış" Proqramının tam şəkildə icra olunmasından sonra Azərbaycanın mövqeyini daha da irəli aparacaq".

Aqşin Kərimov

Siyasi şərhçi bildirdib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə işğaldan azad edilmiş torpaqların iqtisadiyyata reinteqrasiyasına nail olur:

"Bu dövr ərzində Azərbaycana qarşı bir sıra qarayaxma kampaniyaları həyata keçirildi, təzyiqlər edildi. Bununla belə Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən 3 il sonra bir günlük antiterror əməliyyatı ilə suverenliyini təmin etməyə nail oldu. Bununla da dövlətimiz həm Qarabağ iqtisadi zonasında həm də Şərqi Zəngəzurda təhlükəsizliyin sistemli təminatı üzrə həlledici məsələləri öz portfelinə daxil etdi”.

Ekspert Azərbaycanın hazırda regionda təhlükəsizliyin mütləq təmini üçün Ermənistanla danışıqlar apardığını diqqətə çatdırıb.

“Ermənistan Azərbaycanın şərtlərindən imtina edəcək bir mövqe nümayiş etdirsə, Azərbaycan özünə xas müxtəlif əməliyyatlar vasitəsi ilə təhlükəsizlik zonasının yaradılmasına nail ola bilər. Bu əsasən Şərqi Zəngəzur, xüsusən də Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan istiqamətləri üzrə erməni qoşunlarının provakativ hərəkətlənməsinə qarşı həyata keçirilə biləcək bir akt kimi tarixə düşə bilər”, - A. Kərimov vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see314

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see247

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see236

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see213

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see194

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see175

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see175

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see166

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see165

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see156

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see156

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see132

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see130

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see128

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see126

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see125

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri