Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Siyasi şərhçi: Bu baş vermədən İrəvanla sülh təhlükəlidir, çünki revanşistlər...

Siyasi şərhçi: Bu baş vermədən İrəvanla sülh təhlükəlidir, çünki revanşistlər...

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Atlantik Şurasının amerikalı geosiyasi analitiki Riç Outzen yeni bi təklif irəli sürüb. Onun təklifinə görə Ermənistan Konstitusiyasının dəyişdirilməsi barədə Azərbaycanın tələbi Paşinyan üçün ciddi siyasi risk yaradır. O, hesab edir ki, məsələnin daha ağıllı və daha real həll yolu ABŞ-ın Ermənistanı konstitusiyaya uyğun şəkildə və onunla ziddiyyət təşkil etməyən, açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş hazırlamağa təşviq etməsi ola bilər.

(İrredentizm başqa dövlətin ərazisini tarixən, etnik və mədəni cəhətdən öz ərazisi hesab edərək onu geri qaytarmağa yönəlik siyasətdir)

Bu variant ilk baxışda cəlbedici görünə bilər. Lakin mövcud problemi həll etmir və məqbul sayıla bilməz. Belə ki, Ermənistanın Konstitusiyasında dəyişiklik edilmədən 2 dövlət arasında açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş imzalanması təklif olunur. Mahiyyət etibarilə bu, Azərbaycana qarşı konkret ərazi iddialarına əsas verən Ermənistan Konstitusiyasının müddəaların, həbelə Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının və Ermənistanın müstəqillik bəyannaməsinin həmin qərara istinad edərək orada göstərilənləri erməni xalqının milli hədəflərindən biri kimi elan edən müddəalarının qüvvədə qalması deməkdir. Həm də nəzərə alınmalıdır ki, Ermənistan Konstitusiyasında təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə qarşı da ərazi iddialarına əsas verən müddəalar vardır”.

Bunu Ölkə.az-a açıqlamasında siaysi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

O hesab edir ki, bu səbəbdən də Ermənistan Konstitusiyasının hazırkı mətninin və göstərilən sənədlərin qüvvədə qalması Ermənistanın açıq şəkildə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olduğunu hüquqi cəhətdən təsbit edir və revanşistlərin öz maraqlarına uyğun irredentizm siyasətə üçün həmişə hüquqi əsas yaradır.

“Odur ki, açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş imzalanması bu vəziyyəti hər hansı bir formada aradan qaldırmağa kömək etmir. Çünki istənilən saziş Konstitusiyaya bərabər tutula və ya konstitusiyadan üstün hüquqi qüvvəyə malik ola bilməz. Ermənistan hökuməti və revanşistlər istənilən zaman həmin sazişi Konstitusiyaya zidd hesab edib Azərbaycana qarşı ərazi iddiaları yenidən irəli sürüb təcavüzkar siyasətlərini davam etdirə bilərlər”, -o vurğulayıb.

Siyasi şərhçi əlavə edib ki, digər tərəfdən Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə ilə münasibətlərin normalaşması əliyhinə olan rəy üstünlük təşkiil edir: “Ona görə də Konstitusiya dəyişikliklərinə getməyin, xüsusən də gözlənilən parlament seçkiləri ərəfəsində Paşinyan üçün ciddi siyasi risk yaratması fikri ilə razılaşmaq olar. Paşinyan da bunu çox gözəl başa düşdüyü üçün Konstitusiya dəyişikliklərinə tələsmir.

Məsələniin həllində ilkin addım kimi, Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının ləğv edilməsi və Erməniistanın müstəqillik bəyannaməsindən həmin qərara istinad edərək orada göstərilənləri erməni xalqının milli hədəflərindən biri kimi elan edən müddəaların çıxarılması ola bilər. Hər iki sənəd Erməniistanın o vaxtkı Ali Soveti tərəfindən qəbul edilib. Paşinyanın üstünlüyü olan hazırkı parlament müvafiq qərarı ləğv edə və həmin qərara istinadı Müstəqillik bəyannaməsindən çıxara bilər. Yaxud da Ermənistanın Konstitusiya Məhkəməsi həmin qərarı və Müstəqillik bəyannaməsində ona istinadı etibarsız saya bilər. Bu baxımdan regionda sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa nail olmaq üçün Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi əsas yaradan müddəaların Ermənistan qanunvericiliyində çıxarılmasını təşviq etmək Tramp administrasiyası edə biləcəyi, həm də etməli olduğu bir addım hesab oluna bilər”.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Noyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri