Siyavuş Novruzov: Vətən xaini olan AXCP və Müsavatdan başqa digər partiyalar dövlət maraqlarını dəstəkləyirlər
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vətən xaini olan AXCP və Müsavatdan başqa digər siyasi partiyalar dövlət maraqlarını dəstəkləyirlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O xatırladıb ki, hər il yerli özünüidarəetmə sisteminə ayrılan vəsaitlərdə artımlar olurdu, dotasiyalar verilirdi:
"Lakin 2026-cı ilin büdcəsində bu artımlar nəzərə alınmayıb. Hesab edirəm ki, büdcədən bu sistemə ayrılan vəsaitin artırılması daha yaxşı olar".
Deputat siyasi partiyalara da daha çox vəsaitin ayrılmasını təklif edib:
"Vətən xaini olan AXCP və Müsavat istisna olmaqla, digər siyasi partiyalar Azərbaycan dövlətinin maraqlarını dəstəkləyirlər. Ona görə siyasi partiyalara ayrılan vəsaitin də artırılması daha münasib olardı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 Dekabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















