Icma.az
close
up
RU
Siz dişlərinizi düzgün təmizləyirsinizmi?

Siz dişlərinizi düzgün təmizləyirsinizmi?

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Dişlərə düzgün qulluq edilməsi – onların sağlam və gözəl saxlanılması üçün əsas şərtdir. Dişləri hər gün səhər yeməyindən və axşam şam yeməyindən sonra yatmamışdan qabaq təmizləmək lazımdır.

Hər dəfə yeməkdən sonra ağız boşluğunu  mütləq xüsusi eleksirlərdən (apteklərdə və dükanlarda satılır) istifadə etməklə yaxalamaq, ən yaxşısı isə, əgər imkan varsa, hər yemək qəbulundan sonra dişləri, diş fırçası vasitəsilə diş pastaları ilə təmizləmək lazımdır.

Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılmalıdır. Özözünə 180–ə qədər saymaq da olar. İlk öncə dişlərin xarici səthini, sonra daxili səthini, sonda isə çeynəmə səthlərini təmizləmək lazımdır. Əgər dilin üzərində ağ ərp varsa, o da təmizlənməlidir. Hal-hazırda satışda dili təmizləmək üçün müvafiq yeri olan xüsusi diş fırçaları vardır.

Dişlərin təmizlənməsi çənələrin açıq vəziyyətində olmaqla aparılır. Əvvəlcə üst çənədəki, sonra isə alt çənədəki dişlər təmizlənir. Çənənin sol tərəfindən başlayaraq, hər 2 dişi diş fırçasının 10 hərəkəti ilə təmizləmək lazımdır. Fırçanın hərəkətləri vertikal (üstdən aşağı) istiqamətdə və süpürgələyici (damaqdan dişin kəsici hissəsinə tərəf)  şəkildə olmalıdır. Hesablanmışdır ki, dişlərin effektiv təmizlənməsi üçün fırça ilə 400-dən az olmayaraq hərəkət etmək lazımdır.

Əgər insan dişlərini təmizləyərkən ancaq üfqi hərəkətlərdən istifadə edərsə, bu, diş emalının silinməsinə gətirib çıxara bilər.

Axşam dişləri təmizlədikdən sonra barmaqlarınızla damaqlarınızı masaj etmək də tövsiyə olunur. Damaqları masaj etmək üçün təmiz barmaqları damağın üzərinə qoyub, dişlərə tərəf olmaqla dairəvi hərəkətlər etmək lazımdır. Masaj 5-7 dəqiqə ərzində davam edir. Proseduradan qabaq damaqlara diş pastası da sürtmək olar. Ağız boşluğunun və damaqların iltihabi xəstəlikləri zamanı masaj etmək olmaz.

Diş fırçasını seçərkən fırçalayan hissəsində tük dəstləri sıx olmayan və üst səthinin ortasında çöküklük olan fırçalara üstünlük vermək lazımdır. Bu şəkildə olan diş fırçalarının fırçalayan hissəsi dişlərin arasına daha asanlıqla daxil olur. Diş fırçasının baş hissəsi kiçik, tükləri mümkün qədər orta bərklikdə və dişlərə sürtülməli olan kənarları bir qədər girdələşmiş olmalıdır. Fırçanın tutacaq hissəsi bir qədər bükük olmalıdır.

Diş fırçasını havası quru olan (vanna otağında yox!) otaqda, stəkanın içində, baş hissəsi yuxurı olmaqla saxlamaq və hər 3 aydan bir dəyişmək lazımdır. Hər dəfə işlədildikdən sonra fırçanı axar su altında sabunla yumaq lazımdır.

Dişlərin təmizlənməsi üçün ən yaxşısı ftorlu pastalardan istifadə etməkdir. Belə ki, ftoridlər karieslə mübarizədə ən effektiv vasitələrdən sayılır. Tərkibində xörək duzu olan pastalar hamilə qadınlara və diş ətinin qanamasından əziyyət çəkənlərə məsləhət görülür.

Dişlərin təmizlənməsi üçün istifadə edilən vasitələrdən biri də floslar və ya diş təmizləyici saplardır. Dişlərin yan səthlərinə diş fırçalarının daxil ola bilmədiyi üçün, onları diş sapları ilə təmizləmək lazım gəlir. Qalın və nazik, mum sürtülmüş və mum sürtülməmiş floslar və hətta ftorlaşdırılmış saplar da olur. Müm sürtülmüş flos dişlər arasına daha asanlıqla keçir. Ancaq dartılarkən daha həcmli olan (mum sürtülmüş flosa nisbətən) müm sürtülməmiş flos dişləri daha yaxşı təmizləyir. Şəhadət barmaqlarınızın uc hissələrinə dolanmış 20 sm uzunluğunda olan diş sapını tarım şəkildə dartaraq, dişlərin aralarına salıb dişlərin yan səthlərini təmizləyin. Hər dişarası sahə 2 dəfə təmizlənir. Bu proseduranı hər gün etmək məsləhət görülür.

Yeməkdən sonra ağız boşluğunu təravətləndirmək və təmizləmək üçün diş eleksirlərindən (xüsusi maye) istifadə olunur. Eleksirlərin tərkibinə daxil olan vitaminlər, dərman bitkilərinin ekstraktları, efir yağları, fermentlər ağız boşluğunun selikli qişasına müsbət təsir göstərir. Hər dəfə dişləri təmizlədikdən sonra ağız boşluğunu diş eleksirləri ilə yaxalamaq da yaxşı olar.

Yeməkdən sonra saqqızdan istifadə edilməsinə gəldikdə isə, o doğrudan da tüpürcəyin artmasına səbəb olur. Tüpürcəyin tərkibində olan bəzi maddələr diş emalını zədələyən mikroblara qarşı antibakterial xüsusiyyətlərə malikdir. Ancaq saqqızı 5-7 dəqiqən artıq və acqarnına çeynəmək olmaz!

Və sonda ən vacib şərt - əgər siz dişlərinizin uzun müddət sağlam və gözəl qalmasını istəyirsinizsə, heç bir halda diş həkiminə getməyi gecikdirməyin, hər altı aydan bir, diş həkiminin profilaktik müayinəsindən keçin.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri