“Şkendiya”nın baş məşqçisi: “Qarabağ”la oyunda konsentrasiyalı və aqressiv olmalıyıq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 4 avqust, AZƏRTAC
Komandam “Qarabağ”a, hər şeydən öncə isə daşıdığı formaya hörmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, turnirdə uğurlu çıxışı davam etdirmək istədiklərini bildirib: “Ən yüksək səviyyədə mübarizə aparmalıyıq. Şansımızın olduğuna inanıram. Lakin oyun vaxtı maksimum dərəcədə konsentrasiyalı və aqressiv olmalıyıq. Bu matç hər şeyi həll etməyəcək, amma müsbət nəticə bizə cavab görüşü üçün çox kömək edəcək".
Qeyd edək ki, avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 05 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















