Slot Kvaratsxeliya ilə maraqlandıqları ilə bağlı məlumatlara belə reaksiya verdi
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Liverpul"un baş məşqçisi Arne Slot "Napoli"nin vingeri Xviça Kvaratsxeliyanı heyətə qatmaq istədikləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:
"Yalnız onu deyə bilərəm ki, hazırda yanvar ayıdır. Səhv etmirəmsə, "Vest Hem"lə oyundan sonra demişdim: "Bizi məyus etməyin. Maraqlandığımızı iddia etdiyiniz bütün oyunçuları götürün və başqa yerlərə göndərin". Doqquz haldan onunda belə informasiyalarda bir damcı da həqiqət olmur. Nə deyə bilərəm ki? Məlumatlardır də, yayılır. Şərh verməyəcəm".
Qeyd edək ki, cari mövsüm "Napoli" forması ilə 17 matça çıxan 23 yaşlı Kvaratsxeliya 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 10 Yanvar 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















