Slovakiyalı nazir: Biz güclərimizi birləşdirsək, dünyada tullantı problemi qalmaz AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 19 noyabr, AZƏRTAC
Ölkələr metan emissiyalarının azaldılması ilə bağlı öz hədəflərini konkret ortaya qoymalıdırlar. Eyni zamanda, metan tullantılarının təmizlənməsi üçün modernləşdirmə də olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması (ROW)" üzrə yüksək səviyyəli tədbirdə deyib.
Nazir bildirib ki, tullantıların idarə olunmasında innovasiyalar şərtdir. "Biz birlikdə çalışıb güclərimizi birləşdirsək, dünyada tullantı problemi qalmaz", - deyə slovakiyalı nazir diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 19 Noyabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















