Icma.az
close
up
RU
Sloveniya Azərbaycanı “yaşıl keçid”də əsas tərəfdaş hesab edir NAZİR

Sloveniya Azərbaycanı “yaşıl keçid”də əsas tərəfdaş hesab edir NAZİR

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sloveniya Azərbaycanı enerji mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və “yaşıl keçid” məqsədlərinin həyata keçirilməsində əsas tərəfdaş hesab edir. SİA xəbər verir ki, bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer azərbaycanlı həmkarı Pərviz Şahbazov ilə görüşündə deyib.

“Bugünkü görüşümüz ölkələrimiz arasında fəal siyasi dialoqun davamıdır. Biz ümumi gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə - təbii qazın etibarlı təchizatı, uzunmüddətli enerji əməkdaşlığı və ilk növbədə, bərpa olunan enerji layihələrinin inkişafına diqqət ayırdıq. Əminəm ki, gələcək çağırışların və imkanların ümumi anlayışı sayəsində biz dayanıqlı enerji gələcəyini birlikdə qura biləcəyik”, - o qeyd edib.

Qeyd edək ki, Sloveniyaya tədarükləri nəzərə almaqla Azərbaycan 12 ölkəyə - 10 Avropa ölkəsinə, həmçinin Türkiyə və Gürcüstana qaz ixrac edir.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qazın tədarükünə 2024-cü il avqustun 1-dən başlayıb. Təchizat SOCAR ilə Sloveniyanın qaz bazarının ən iri şirkəti – “Geoplin” arasında iyulun 17-də imzalanmış qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu əsasında həyata keçirilir.

Bundan əlavə, bu il aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərinin 3-cü iclası çərçivəsində Azərbaycan və Sloveniya arasında iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənəd Azərbaycan və Sloveniya arasında təbii qaz və bərpa olunan enerji sahəsində enerji əlaqələrinin inkişafını dəstəkləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 İyul 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri