ŞOK: Sürücü betonu yola tökdü FOTO/VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Gecə saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 164-cü km-də rayonun
Mirzəmətkəndindən keçən hissəsində betonqarışdıran maşın ciddi təhlükə yaradıb. Belə ki, həmin maşının hərəkəti zamanı yola tökülən sulu beton yolun üst qatını tam örtüb və yoldan keçən avtomaşınları təhlükəli risqlə üzləşdirib.
Bizim.Media xəbər verir ki, hadisə yerinə dərhal polis əməkdaşları çağrılıb.
İlkin araşdırma zamanı aydın olub ki, sürücü betonu körpünün üzərində yola töküb.
Hazırda Quba polis şöbəsinin əməkdaşları həmin avtomaşının sürücüsünün tapılması üçün axtarış tədbirlərinə başlayıb.
Kamera görüntülərindən sürücünün betonu yola qəsdən və ya ehtiyatsızlıqdan tökdüyü aydınlaşdırılır.
Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı yol istismar idarəsinin əməkdaşları beton tökülmüş yolun təmizlənməsi işlərinə başlayıb.
Araşdırmalar davam edir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 Noyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















