Solovyovdan növbəti hədyan: Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Artıq uzun illərdir, ermənipərəst mövqe tutan bədnam rusiyalı təbliğatçı Vladimir Solovyov bu dəfə bir qədər də irəli gedərək Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.
Oxu.Az xəbər verir ki, o, Rusiyanın dövlət radiosu olan "Vesti FM"də apardığı "Polnıy kontakt" verilişində millətlərarası ədavəti qızışdıran, nifrət dolu fikirlərlə, faktiki olaraq terrorizmə çağırış edib.
V.Solovyov çıxışında qeyd edib ki, Azərbaycanla Rusiyanın 300 km-dən çox sərhədi var.
"Azərbaycan bizimlə müharibə etmək istəyirsə, buyurub, etsin. Xatırlatmaq istəyirəm ki, bu ərazidə ləzgilər yaşayırlar. Azərbaycanda ləzgilərin vəziyyəti yaxşı deyil, amma Dağıstanda çoxlu ləzgi yaşayır və onlara münasibət hörmət çərçivəsindədir. Biz isə Azərbaycanda ləzgilərin hüquqları uğrunda mübarizə apara və ləzgi hərəkatını tam dəstəkləyə bilərik. Çünki özlərini çox pis hiss edirlər. Ümumiyyətlə, kim deyib ki, Azərbaycan vahiddir? Kim deyib ki, Azərbaycanın sərhədləri dəyişməzdir?" - Kremlin təbliğat ruporu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 14 Avqust 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















