Icma.az
close
up
RU
Son böyük Rusiya bankı da SWIFTdən çıxarılır “Qazprombank” ağır sanksiyalara məruz qalacaq AzPolitika onlayn siyasiictimai qəzet

Son böyük Rusiya bankı da SWIFTdən çıxarılır “Qazprombank” ağır sanksiyalara məruz qalacaq AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Rusiya Federasiyasının üçüncü ən böyük bankı olan "Qazprombank"ı SWIFT beynəlxalq ödəniş sistemindən ayırır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bununla da Rusiyanın xaricdəki 180 milyard dollarını idarə edən və sanksiyalar siyahısına düşmədən əsas dünya valyutalarında hesablaşmalara çıxışı olan son dövlət bankı - “Qazprombank” da sözügedən sistemdən kənarda qalacaq. 

Müvafiq qərar noyabrda, yəni Baydenin səlahiyyət müddəti başa çatmamış qəbul ediləcək. Birləşmiş Ştatlar bu barədə artıq Yeddilik Qrupundan (G7) olan tərəfdaşlarını xəbərdar edib.

Məlumatda deyilir ki, sanksiyaların tətbiqindən sonra “Qazprombank” Amerika bankları ilə hər hansı əməliyyat aparmaq hüququndan məhrum ediləcək. Əvvəllər bu bank Qərbin ciddi məhdudiyyətlərinə məruz qalmırdı.Yalnız Böyük Britaniya banka qarşı bloklama tədbirləri tətbiq edib və 2023-cü ildən bankın dollarla əməliyyatlarda problemlər yaranıb.

Bütün bunların fonunda Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi səbəbindən Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri dondurulduqdan sonra “Qazprombank” Kremlin əsas xarici valyuta operatorlarından biri idi. Bankın idarə etdiyi 180 milyard dollar idxalın ödənilməsi və rublun məzənnəsinin dəstəklənməsi üçün istifadə olunurdu. Bundan əlavə, bank Rusiya qazının və qızılının ixracı üçün əsas hesablaşma mərkəzlərindən biri kimi çıxış edirdi.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Noyabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see182

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see157

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see152

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see144

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see142

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see139

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see139

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see136

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see134

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see131

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see129

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see128

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see125

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see122

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri