Icma.az
close
up
RU
Sona bir dövrə qaldı

Sona bir dövrə qaldı

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasında III dövrə başa çatıb.

Futbolpress.az-ın məlumatına görə, 27 turdan sonra turnir cədvəlində “Qarabağ” başçılıq edir. Qurban Qurbanovun yetirmələri 64 xalla birinci sıradadır və ən yaxın izləyicisi “Zirə”ni 12 xal qabaqlayır. Çempionatın bitməsinə 9 tur qalıb və “Qarabağ”ın mövsümün sonuna kimi 4 oyun uduzması real görünmür. Əvəzində xal fərqi daha arta bilər.

“Zirə”, “Araz-Naxçıvan” və “Turan Tovuz” avrokuboklar və mükafatçılar sırası uğrunda mübarizə aparan kollektivlərdir. III dövrənin ən yaxşılarından olan “Zirə” rəqiblərindən bir addım öndə görünür. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv üçüncü pillədəki “Araz-Naxçıvan”ı 5 xal qabaqlayır.

Gedişata görə, üçüncü yer uğrunda mübarizə “Araz-Naxçıvan” və “Turan Tovuz” arasında gedəcək. Son turlarda iki kollektiv də itkilərlə üzləşir. “Araz-Naxçıvan” 7 oyundur, qələbə qazana bilmir. “Turan Tovuz” isə son üç matçda üç xala həsrət qalıb. Son turlarda komandanın ev oyunlarında əvvəlcə “Zirə”yə, sonra “Sumqayıt”a məğlub olması komandanın avrokubok şanslarını təhlükəyə salıb. Kurban Berdıyevin yetirmələri “Araz-Naxçıvan”dan 4 xal geri düşüb.

“Sabah”, “Neftçi”, “Sumqayıt” və “Şamaxı” üçün isə ciddi iddia qalmayıb. İlk iki kollektivin əsas mübarizəsi kubokda olacaq. Avrokuboklara vəsiqəni məhz bu yolla qazanmağı hədəfləyən komandalar yarımfinalda üz-üzə gələcək.

Elitada qalmaq mübarizəsi isə “Kəpəz” və “Səbail” arasında davam edəcək. Autsayder “Səbail”də baş məşqçi Cavid Hüseynov istefaya göndərilib və komandanın sükanı mövsümün sonuna kimi Elvin Məmmədova tapşırılıb. Məmmədovun bu sınaqdan necə çıxacağı maraqlan gözlənilir. “Kəpəz” isə autsayderi 5 xal qabaqlayır və nisbətən daha rahat vəziyyətdədir. Azər Bağırovun komandası son turda “Qarabağ”dan bir xal qoparmaqla asan rəqib olmadığını göstərib. “Səbail”in taleyi öz əlində deyil və qələbələr qazana bilsə belə, “Kəpəz”in xal itirməsini gözləməli olacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Mart 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri