Icma.az
close
up
RU
Şöşü Bozbash Picturesdən və keçmişlərindən danışdı: Pul qazanmaq lazım idi, bazarda işləyəişləyə... MÜSAHİBƏ

Şöşü Bozbash Picturesdən və keçmişlərindən danışdı: Pul qazanmaq lazım idi, bazarda işləyəişləyə... MÜSAHİBƏ

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Ramil Babayevi Azərbaycan izləyiciləri daha çox "Şöşü" obrazı ilə tanıyırlar. Bu günlərdə itirdiyimiz aktyor Azər Baxşəliyev ("Ağsaqqal") ilə eyni səhnələri paylaşan Ramil Babayev müsahibədə onun barəsində də xatirələrini bizimlə bölüşdü. 

Mia.az lent.az-ın müsahibəsini təqdim edir: 

- Siz həm də cüdoçusunuz, iki dəfə ölkə çempionu olmusunuz. Necə oldu ki, idmandan aktyorluğa keçdiniz?

- Əslində, aktyorluğa idmandan keçmədim. Mən idmanla məşğul olanda çətin zamanlar idi. O dönəmdə mən işləmirdim. İdmanla məşğul olursansa, gərək bütün gücünü, enerjini ona verəsən. Həmin vaxt kasıbçılıq idi, yolpulu olmurdu, idmandan çıxanda su almağa belə imkan olmurdu. Ona görə də, məcbur olub işləməyə başladım. İlk iş yerim bazar oldu. Bununla yanaşı, məşqə davam edirdim. Sonra elə alındı ki, idmanı buraxmalı oldum. Çünki pul qazanmaq lazım idi. Bazarda işləyə-işləyə bir pakistanlı ilə tanış oldum. O, mənə bir hind restoranında işləmək üçün kömək etdi. Həmin hind restoranına ancaq səfirlər, diplomatlar gəlirdi. Mən bir il ərzində onlarla dostlaşdım, münasibətim yaranmağa başladı. UNİCEF-in rəhbəri məni lap çox istəyirdi. Ondan bir iş istədim. Dedim ki, ofisiantlıq mənə görə deyil. O, ofislərində işləməyi təklif etdi. CV-mi hazırlayıb göndərdim. Onun dəstəyi ilə o ofisdə 2 il işlədim. Sonra həmin ofis bağlandı və o, öz ölkəsinə döndü. Əsgərliyə getməli oldum. Hərbi xidmətdən qayıdandan sonra "106 FM" radiosunda işlədim. Daha sonra işimi televiziyada davam etdirdim. Televiziyada efir rejissoru, reklam meneceri, reklam direktoru olmuşam. Montaj işində də özümü təkmilləşdirdim. 

- "Bozbash Pictures" necə yarandı?

- Həmin dövrdə İlkin Həsəni "ATV Maqazin"in aparıcısı idi. Mən də musiqiləri, filmləri dublyaj edirdim. İlkinə dedim ki, gəl sənə bığ, saqqal qoyaq, guya sən mənim xalam oğlusan, rayondan gəlmisən, belə komedik bir şey çəkək. 

- Yəni "Bozbash Pictures" sizin ideyanız olub?

- İlkinlə mənim birgə ideyamızdır, amma təklifi mən irəli sürmüşəm. Dedim, İlkin, elə edəcəyik ki, səni heç kim tanımayacaq. O vaxt ölkənin ən yaxşı qrim ustası vardı, Maqsud. O gəldi, bığ, saqqal qoydu. "Şəminin" o yaşıl kostyumu mənim qardaşımın 1993-cü ildəki nişan kostyumudur. O vaxt "Çal-çağır" verilişi var idi, deputatlar gəlib qalstuklarını qoyurdular. Oradan da bir qalstuk götürdük. "Şəminin" "Sportivni" şalvarını İlkin evdən gətirmişdi. Biz "Bozbaş Pictures"i ATV-nin ad günü üçün çəkmişdik. Daha sonra çox sevildi və başladıq xüsusi buraxılışlar etməyə. Elşən Orucov ("Fəlakət") mənim köməkçim olub, onu da dəvət etdik. Rəhmətlik Azər Baxşəliyev "Çəkirəm haa"nın rejissoru idi. Veriliş bağlanandan sonra onu da "Ağsaqqal" kimi dəvət etdik. Nicat Rəhimov ("Şirin") Rüfət Axundovun xalası oğludur. Rüfət dedi ki, mənim çox istedadlı xalam oğlu var, Yaşar Nuriyevin bacısı oğludur. Ən sonda isə İlkin Misgərli ("Qılman") bizə qoşulub.

- Hazırda istedadlı aktyorlar yetişir? Mühitdən razısız?

- Bəli, razıyam. Həqiqətən, çox istedadlı aktyorlarımız yetişir. Amma istərdim sizə, ümumiyyətlə, gənclərdən, cəmiyyətdən danışım. Gənclər çox pozulub. Biz müəllimimizi uzaqdan görəndə qaçıb gizlənirdik ki, bizi həyətdə görməsin. Müəllimi bir valideyn, böyük kimi görürdük. Təkcə müəllimi yox, küçədə bir yaşlı insan, böyük görəndə qaçıb əlindəki ağır yükü alırdıq. Bu təkcə mənə yox, mənim yaş qrupumda olan hər kəsə aiddir. İndiki gənclər tam başqa bir mühitdə böyüyür. Bunun da səbəbi sosial şəbəkələrdir. Biri var ki, insan sosial şəbəkədə istedadını nümayiş etdirə, biri də var özünü göstərə. İstedad başqa şeydir, özünü göstərmək başqa. Bizim insanlar isə o özünü göstərənləri populyarlaşdırır. Bu da bizim xalqın bir hissəsinin İQ-sünün aşağı olmasından irəli gəlir. "Tik-Tok"da "Baboş"lara baxan gənc nəsil deyəcək ki, əgər bu məşhurdursa, mən də onlar kimi olub populyarlaşa bilərəm. Nəticədə gənclər çox pis örnək götürür. Bunların qarşısını almaq lazımdır. 

- Ramil bəy, siz komediya ilə məşhurlaşmısız. Bəs ciddi bir obrazı canlandırmağı düşünmüsüz?

- Özüm həyatda çox ciddi bir insanam. Məni realda tanıyanlar deyirlər ki, bu insan o (Şöşü) ola bilməz. İnsanlar başa düşməlidir ki, obraz başqa şeydir, real həyat başqa. Əlbəttə, ciddi bir obrazı oynayaram. Bir ssenarim var, kimsəsiz uşaqlar üçün yazmışam. Siz onu oxusanız, ağlayarsız. Çox ağır bir ssenaridir. O filmi çəkməyi planlaşdırıram. Həmin işdə özüm rol almaq istəmərəm. Sadəcə bir dramatik səhnə var, onu özüm oynamaq istəyərdim. İnşallah, o filmi də həyata keçirəcəyəm. 

- Nə vaxta planlayırsız o filmi?

- Bilirsiz ki, film büdcədən asılıdır. Hələ ki, sponsor axtarışı davam edir. Sizi inandırım ki, mən onu çəksəm, baxan ailələrdə münasibətlər çox dəyişəcək, hər kəs öz uşağının üzündən öpəcək.

- Siz uşaq yaşlarından valideynlərinizi itirmisiz. Bəlkə, bu ssenari həm də ona görə yaranıb?

- Xeyr, onunla bağlı deyil. Mən dramatik səhnələrə qarşı çox həssasam. Bəzən uşaqla, ailəylə bağlı adi hadisələrə belə baxanda göz yaşlarımı saxlaya bilmirəm. Bəlkə də, bu, mənim uşaqlıq yaram olduğu üçün belədir. 

- Bəlkə, o ssenarinin qısa bir sinopsisini danışasınız?

- Filmdə populyar bir müğənni varlı oğlanı sevir. Bir gün bu qadın oğlana hamilə olduğunu deyir. Oğlan uşağı qəbul etmir və abort etdirməsini istəyir. Lakin qadın səhhəti yol vermədiyi üçün uşağı aldıra bilmir və məcburən dünyaya gətirir. Sonra onu gətirib kimsəsizlər evinin qarşısına qoyub gedir. O uşaq böyüyüb ana axtarışına çıxır. Bir neçə dəfə anasıyla qarşılaşır, kuryer kimi onun evinə gedir, amma onun anası olduğunu bilmir. Sonda bir-birlərinin kim olduğunu bilirlər, oğlan sevinə-sevinə anasının yanına qaçanda onu maşın vurur və o ölür. Burada mesaj odur ki, öz doğmalarınızın, övladlarınızın qədrini sağlığında bilin.

- 13 yaşında evdən qaçmısız... Həm də Kiyevə. Çox maraqlıdır, 13 yaşlı bir uşaq təkbaşına necə Kiyevə qədər gedə bilər?

- Evdən qaçanda Kiyevə qaçdığımı bilmirdim. Dəmiryolu vağzalına gəldim və gördüm ki, üç dənə qatar dayanıb. Ən rəngli və ən qəşənginə mindim. Elə bilirdim ki, bütün qatarlar bizim kənddəki evimizə gedir. Baxdım, heç kim yoxdur, gizlin girdim qatara. Tez qalxıb çanta qoyulan yerdə gizləndim. Elə oradaca yuxulayıb qalmışdım. Bir də gözümü açdım ki, qatar gedir və aşağıda sərnişinlər yeyib-içir. Çox həyəcanlı idim. Təzədən gizləndim. Sonra yenə yuxu tutdu. Gecə gördüm, kimsə ayağımdan tutub dartır. Sən demə, bələdçi imiş, görüb yuxarıdan ayaq sallanır, dartıb ki, görsün kimdir. Məni düşürüb soruşdu ki, burada nə işin var, haradan gəlmisən? Dedim ki, Bakıda minmişəm qatara. Məni apardı digər bələdçinin yanına, o da dedi, xəbərim yoxdur. Evdən qaçdığımı dedim. Qatar rəisinin yanına apardılar. Polis çağırmaq istəyirdilər. Sonra evdən niyə qaçdığımı dedim. Bələdçi dedi ki, heç kimə heç bir söz demə, səndən kim soruşsa, de ki, bacım oğlusan. Həmin o bələdçi ilə üç gün Kiyevə, üç gün də Bakıya yol gəldim. Gələndə AZTV-də şəkilim çıxmışdı: "Evdən çıxıb və bir daha qayıtmayıb".

- Evdən qaçma səbəbiniz nə idi bəs?

- Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı. Evdən bir sənəd tapmışdım - bibimin məni övladlığa götürməsinə haqqında şəhadətnamə. İstəmirdim məni övladlığa götürsün. Ona görə qaçmışdım. Amma artıq övladlığa götürmüşdü.

- Hətta bibiniz sizə soyadını da vermişdi

- Bəli, mənim soyadım Hadıyev olub, sonra Babayev ediblər. Mənim iki doğma qardaşım var - Emin Hadıyev, ATV-nin rejissorudur və Elçin Hadıyev. 

- Müəyyən bir kəsim sizi tənqid edir, deyirlər ki, sizin yumorunuz bayağıdır. Bu barədə nə deyə bilərsiz?

- Hər şey ideal ola bilməz. İnsanlar müxtəlifdir. Kimsə bayağı hesab edirsə, onun üçün elədir, tənqid edə bilər. Onun öz fikridir. Əsas olan kütlənin böyük hissəsidir. 10 nəfər bəyənir, bir nəfər bəyənmirsə, mən ona deyə bilmərəm ki, niyə bəyənmirsən. Biz "Bozbash Pictures"i illərdir çəkmirik, amma küçədə hər görəndə soruşurlar bu barədə. Adam var ki, deyir, sizin "Bozbash Pictures"lə böyümüşəm. 27 ildir televiziya sahəsində işləyirəm, müxtəlif verilişlərin aparıcısı olmuşam, neçə-neçə proyektin rəhbəri idim, lakin məni hamı "Şöşü" kimi tanıyır. Çünki o obraz çox sevildi. 

- Ramil bəy, mənə həmişə maraqlı gələn şeylərdən biri də çəkiliş zamanı kadr arxasında baş verənlər olub. Hətta bəzən elə gəlir ki, kadr arxası bizim izlədiklərimizdən daha maraqlı olur. Çəkiliş vaxtı hansı yaddaqalan hadisələr olub?

- Əlbəttə, kadr arxası həmişə maraqlı olur. Bizdə çox maraqlı, gülməli hadisələr yaşanıb. Kadr arxası o qədər çətinliklərimiz olub ki. Dublyorluğu da həmişə özüm etmişəm. Bir dəfə çiyin sümüyüm sındı, amma çəkilişə davam etdim. Biz hava limanında bir çəkiliş edirdik. Şlaqbaumun üstündən tullananda yıxıldım, "körpücük" sümüyün ortadan qırıldı. O halda çəkilişə davam etdim. Sonra gördülər ki, vəziyyətim pisdir, qızdırmam var, məni apartdılar Travmatologiya institutuna. Orada dedilər ki, sümüyün ortadan qırılıb. Bəzən qarda ayaqlarımız suyun içində səhərdən axşamacan çəkiliş edirdik.

- Yeni hansı layihələriniz var?

- Biz Qarabağda "Bozbash Pictures" çəkməyi planlaşdırırdıq. Çünki hələ o vaxtdan xalqa söz vermişdik ki, Qarabağ azad olunsun, orada çəkəcəyik. İndi azad Qarabağı görmək qismət oldu. Sadəcə son filmimizdə bir az maddi zərərə düşdük deyə, "Bozbash Pictures"i dayandırdıq. Daha sonra hərə öz işi ilə məşğul olmağa  başladı. Bilirsiniz ki, bu yaxınlarda "Ağsaqqal" obrazını canlandıran dostumuz Azəri itirdik. Elə neçə gündür bunun şokunu yaşayırıq.

- Yeri gəlmişkən, siz Azər Baxşəliyevlə yaxın dost olmusuz, istəyərdim onun da haqqında danışasız.

- Azər  elə bir insan idi ki, öz problemini heç kimə bildirmirdi. İstəmirdi ki, kimsə pis olsun, ona əziyyət versin. Bəzən çəkilişlərdə hiss edirdik ki, qızdırması var və ya ağrıyır. Gəlirdim yanına, deyirdim, dərman gətirək. Deyirdi, yox, yaxşıyam, çəkilişə davam edək. Lap pis ağrıyanda belə kiməsə demirdi.

- Azər Baxşəliyevlə bağlı hansı maraqlı xatirələriniz olub?

- Bu barədə saatlarla danışsam, yenə bitməz. Məsələn, rayonlara çəkilişə gedəndə xeyli fanatlarımız gəlirdi. Səhnə bitəndə biz hamıyla şəkil çəkdirirdik. Şəkil çəkdirəndə bir-birimizi çimdikləyirdik ki, üz formamız əyri düşsün. Bu Azərin ideyası idi. Kim Azərlə yaxın düşdüsə, bilirdi ki, çimdikləyəcək. Axı insanı çimdikləyəndə üz-gözü əyilir, əcaib formalara düşür (gülür). Hətta bir dəfə Naxçıvandan çəkilişdən qayıdanda Azər səhvən bir vəzifəli şəxsi çimdikləmişdi. Birdən həmin şəxs diksinəndə biz bildik ki, Azər səhvən onu çimdikləyib. Nicat Rəhimovun (Şirinin) başına oyun açırdıq. Azər məni yoldan çıxarırdı, plan cızırdıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 Yanvar 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1221

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see188

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see146

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see122

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri