Icma.az
close
up
RU
Soyuq evlər ürək üçün riskdir Mütəxəssislər xəbərdarlıq edir

Soyuq evlər ürək üçün riskdir Mütəxəssislər xəbərdarlıq edir

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Fevral ayında evin temperaturunun 19 dərəcədən aşağı salınması sağlamlıq üçün ciddi risklər yarada bilər.

Qaynarinfo xəbər verir ki, Britaniya Ürək Fondunun (BHF) yaydığı yeni sağlamlıq bələdçisində bildirilir ki, xüsusilə fevral ayında termostat 19 dərəcədən aşağı salınmamalıdır. Bu həm də ciddi ürək-damar xəstəlikləri riskinin olmasına səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, soyuq və rütubətli hava şəraitində mənzildə temperaturun aşağı olması həm hava keyfiyyətini pisləşdirir, həm də ciddi sağlamlıq riskləri yaradır.

Fond qeyd edir ki, ev temperaturunun 19 dərəcə və ya daha yüksək səviyyədə saxlanılması divarlarda və əşyalarda kondensasiyanın qarşısını alır. Bu isə kif və zərərli bakteriyaların yaranma riskini azaldır. Qurum xəbərdarlıq edir ki, kifayət qədər havalandırılmayan evlərdə daxili hava çirkliliyi bəzən küçə havası qədər təhlükəli ola bilər.

Təlimatda qeyd edilir ki, çirkli havadakı mikrohissəciklər ağciyərlər vasitəsilə qana keçərək ürəyə çatır. Bu proses damarların zədələnməsinə, laxtalanma riskinin artmasına və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Eyni zamanda ürəyin ritmində pozğunluqlar yarada bilər.

Mütəxəssislər bildirirlər ki, xüsusilə ürək və qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər üçün aşağı temperatur və çirkli hava infarkt və insult riskini artırır.

Sağlam ev mühiti üçün aşağıdakı tövsiyələr edilir:

•Odun və kömür əvəzinə elektrik və ya qazla işləyən isitmə sistemlərindən istifadə etmək;

•Sprey formalı kimyəvi təmizləyicilərdən uzaq durmaq və müntəzəm olaraq tozu təmizləmək;

•Yemək bişirərkən və duş qəbul edərkən aspiratordan istifadə etmək;

•Gün ərzində otaqları bir neçə dəfə havalandırmaq;

•Şam yandırıldıqda otağı mütləq havalandırmaq.

Qurum vurğulayıb ki, fevral ayında ev temperaturunun 19 dərəcədən aşağı salınması sağlamlıq üçün ciddi risklər yarada bilər.

Günay
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see502

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see477

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see378

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see374

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see305

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see305

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see225

Azər Türk Bankda ciddi geriləmə: 2 dəfədən çox azalma

06 Avqust 2026 10:51see220

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see220

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see208

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see202

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

06 Avqust 2026 00:39see196

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see190

Min manatlıq MİDA istiqrazlarını niyə almalıyıq?

06 Avqust 2026 13:42see188

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see187

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see184

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see175

YouTube qaydaları sərtləşdirdi

06 Avqust 2026 03:26see174

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see173

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri