Icma.az
close
up
RU
Soyuqdəymə zamanı ən təsirli vasitələr

Soyuqdəymə zamanı ən təsirli vasitələr

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Soyuqdəymə – aşağı temperaturun, daha dəqiq desək, soyuğun orqanizmə təsiri nəticəsində yaranan haldır.

Soyuqdəymə xəstəlikləri bir sıra infeksiyaların və iltihabi proseslərin inkişafına təkan verir. Xüsusən də qripp, paraqripp, adenovirus, herpes, göyöskürək, stafilokokk və pnevmokokk infeksiyaları soyuqdəymə zamanı daha tez baş qaldırır.

Ev şəraitində soyuqdəyməni müalicə etmək olar, bir şərtlə ki, soyuqdəymə başqa fəsadlar verməmiş olsun. Soyuqdəymə ilə mübarizədə ən sadə və eyni zamanda təsirli vasitə bol mayenin qəbuludur. Soyuqdəymə zamanı bol mayenin (çay və ya müxtəlif dəmləmələr) qəbulu toksinləri orqanizmdən sürətlə xaric edir. Nəticədə insan daha tez sağalır və fəsadlar inkişaf etmir. Maye şəklində müxtəlif vitaminli çaylar və müalicəvi bitkilərin dəmləmələri istifadə etmək daha yaxşıdır. Bu vasitələr sağalma prosesini sürətləndirir.

Müxtəlif müalicəvi dəmləmələri və çayları növbələşdirmək məsləhətdir.

Soyuqdəymə zamanı istifadə olunan reseptlərdən bir neçəsini sizə təqdim edirik:

- Ballı-limonlu çay. Həm qara, həm də yaşıl çaydan istifadə etmək olar. Çaya 1/2 çay qaşığı limon şirəsi və 1 çay qaşığı bal əlavə olunmalıdır. Limon şirəsi və bal qaynar deyil, bir qədər soyumuş çaya əlavə olunmalıdır.

- Qripin qarşısını alan çay. İki filtr-bağlama Teaqrip 1 stəkan qaynar suda 15-20 dəqiqə ərzində dəmlənilir, süzülür, dəmləməyə 1 çay qaşığı təbii bal əlavə olunur. Qripin başlanğıcında bu çayı gündə 4-5 dəfə içdikdə infeksiyanın inkişafı ləngiyir, əlamətləri azalır, qrip artıq baş veribsə sağalma sürətlənir.

- Moruqlu-cökəli çay. 1 xörək qaşığı cökə çiçəkləri 1 stəkan qaynar suda dəmlənilir və 10 dəqiqədən sonra süzülün. Daha sonra 1-2 çay qaşığı moruq mürəbbəsini əlavə edin və qəbul edin.

- Meyvə qurularından kompot. Alma, armud, qara gavalı, ərik quruları, kişmiş yaxşı yuyulur. Qaynayan suya əvvəlcə alma və armud quruları, 20 dəqiqə qaynadıqdan sonra gavalı, axırda isə ərik qurusu və kişmiş əlavə edilir. Bir qədər soyuduqdan sonra kompota bir az bal və limon şirəsi əlavə etmək olar.

- Zəncəfilli-limonlu çay. Yarım çay qaşığı xırdalanmış zəncəfil kökləri, hərəsindən 1 çay qaşığı limon şirəsi və bal, bir çimdik darçın stəkanda qarışdırılır, üzərinə çox qaynar olmayan isti su əlavə olunur. Həmin çay orqanizmi isidir, tərlədir və mikroblarla mübarizədə kömək edir.

- Bitki çayların qarışığı. İmmunotea və Teasept çaylarının hərəsindən 1 filtr-bağlama 1 stəkan qaynar suda 15-20 dəqiqə ərzində dəmlənilir, gündə 3-4 dəfə yeməkdən əvvəl içilir. Dəmləmə tərlədir və qızdırmanı salır, həm də orqanizmin müqavimətini gücləndirərək soyuqdəymənin qarşısını alır.

- Çobanyastığı çayı. Hərəsindən 1 çay qaşığı olmaqla çobanyastığı və cökə çiçəkləri 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənilir və süzülür. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin.

- Exinaseya çayı. 1 xörək qaşığı exinaseya otunun üzərinə yarım litr qaynar su əlavə olunur və termosda 5-6 saat ərzində dəmlənilir. Dəmləndikdən sonra gündə 3 dəfə 1/3 stəkan qəbul edilir. Exinaseya çayı immun sistemi gücləndirir, virus və bakteriyalarla mübarizədə kömək edir.

- Minerallı isti süd. Qələvi mineral suyunun qapağı açılır və 1 saat ərzində tərkibində olan qazların xaric olması üçün gözlənilir. İnək südü isidilir və mineral su ilə yarıbayarı qarışdırılır. İlıq şəkildə içildikdə bu qarışıq bəlğəmin xaric olunmasını asanlaşdırır.

- Sarımsaqlı süd. Sarımsaq qabığından soyulur, əzilərək şirəsi çıxarılır. 1 stəkan isti südə 10 damcı sarımsaq şirəsi əlavə olunur və gecə yatmazdan əvvəl içilir. Belə süd orqanizmə bakterisid və virus əleyhinə təsir göstərir.

-  Çuğundur şirəsi. Çuğundur sürtgəcdən keçirilir, şirəsi sıxılır və gündə 3-4 dəfə 3 damcı burun dəliklərinə damızdırılır. Zökəmin müalicəsində ən yaxşı vasitələrdən biri hesab olunur.

- İtburnu çayı. Qurudulmuş itburnu meyvələri xırdalanır, 5 xörək qaşığı götürülərək termosda 1 litr qaynar suda dəmlənilir və gün ərzində fasilələrlə içilir.

Mənbə: Herba Flora jurnalı

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see267

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see256

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see236

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see230

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see209

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see205

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see201

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see200

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see199

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see193

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see192

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see191

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see186

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see185

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see185

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see180

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see177

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see176

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see176

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri