Icma.az
close
up
RU
Sözlər açıq və xoş niyyətlə deyilməlidir AYDINLIQ GƏTİRİLDİ

Sözlər açıq və xoş niyyətlə deyilməlidir AYDINLIQ GƏTİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Ümumiyyətlə, ictimai qınaq tarix boyu cəmiyyətimizdə – istər qədim zamanlarda, istərsə də bu gün – həmişə mövcud olub. Sadəcə olaraq, indi biz buna "ictimai qınaq" deyirik". Bu sözləri SİA-ya açıqlamasında "YENİ HƏYAT" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, qədim dövrlərdə isə iki qadın, beş qadın bir yerə düşəndə, toplum halında olan insanlar bəzən fərqində olmadan ictimai qınaqla məşğul olurdular: "Amma ictimai qınaq yalnız o halda tərbiyə üsulu sayılır ki, qiybətə çevrilməsin. Əgər bu, qiybətə, insanı mühakimə etməyə, günahlandırmağa yönəlirsə, artıq ictimai qınaq deyil. Bu, başqasını mühakimə etmək, təhqir etmək, hətta özlərini sanki "məhkəmə" kimi aparmaq olur.

İctimai qınaq sivil və mədəni şəkildə edilməlidir. Söhbət, cəmiyyət içində yanlış davranış göstərən, başqalarına ziyan verən və ya zor tətbiq edən insanları düzgün müzakirə edərək doğru yola çəkməkdən gedir. Əsas məqsəd – o insanın etdiyi səhvi başa düşməsi və geri dönüş etməsidir.

Məsələn, evdə bir uşağın etdiyini götürək. Uşaq sizin tapşırdığınız bir şeyə toxunur və siz onu danlayırsınız. Bu artıq ailə daxilində bir növ "ictimai qınaq"dır. Amma bu qınaq təhqir və tənqid formasında olmamalıdır. Sadəcə uşağa etdiyi hərəkətin nəticələrini başa salmaq, marifləndirmək lazımdır.

Eyni məntiqlə, cəmiyyətdə də birinin səhv hərəkəti varsa, bu, arxasınca danışmaqla deyil, açıq və xoş niyyətli şəkildə izah edilməlidir. İctimai qınaq edən insanın buna mənəvi haqqı olmalıdır – nüfuzlu, təcrübəli və özü də nümunəvi biri olmalıdır.

İctimai qınaq yalnız statusu və nüfuzu olan şəxslərin edə biləcəyi bir yanaşmadır. Əgər bir insan özü tərbiyə, əxlaq baxımından nümunə deyilsə, başqasını qınağa çəkməyə haqqı yoxdur.

Əvvəllər axsaqqallar, ağıllı insanlar buna görə hörmətlə qarşılanardı. Onların təcrübəsi, yaşadığı həyat dərsləri olurdu və dedikləri dəyərləndirilirdi. Onlar öz səhvlərindən nəticə çıxarıb başqasına düzgün yol göstərməyi bacarırdılar.

Bu gün də həmin yanaşmanı davam etdirməliyik. Məsələn, bir qadının səhv hərəkətini görüb onunla açıq danışaraq səhvini başa salmaq və ona düzgün yol göstərmək lazımdır. İctimai qınağa tutulan insanların hansı xarakterdə olduğunu da biz bilməliyik. Ümumiyyətlə, insanlar həyatda müxtəlifdir, müxtəlif xarakterlərə malikdir. Ona görə də adam var ki, söz deyirsən, onu qəbul edir. Adam var ki, qəbul etmir.

Ona görə, necə deyərlər, "qızıl ortanı" tapıb, o insanın qarşısında — əgər biz doğrudan da onu doğru yola çəkmək istəyiriksə — heç olmasa ona kömək etməliyik. Hansısa formada onu motivasiya etməliyik ki, o insan həyatından da bezməsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Avqust 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri