Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Sözün işığındakı yarım əsr

Sözün işığındakı yarım əsr

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

Adı geniş elmi ictimaiyyətə tanış olan, kökü ilə doğma torpağa bağlı qalan insanlar var. Onların taleyi bəzən kənd yollarından başlayır, sonra kitab rəflərinə, elmi konfrans salonlarına yol tapır, monoqrafiyaların üz qabığına yazılır. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Asəf oğlu Qasımov da məhz belə bir yol qət edib: sadə kənd uşağından Azərbaycan ədəbiyyatşünaslığının tanınmış simasına qədər.

Bu il o, ömrünün yarım əsrlik zirvəsinə qalxır. Əlli yaş insan üçün nə vaxtın hesabını kəsdiyi, nə də yenidən başladığı bir andır; sadəcə, arxada qalan yolun mənzərəsi ən aydın görünən nöqtədir. Və bu mənzərədə, əsrin yarısında zəhmət, sadiqlik və sözə bağlılıqla hörülmüş bir ömür canlanır.

Kənd məktəbinin işıqlı sinfindən böyük elmə. 1976-cı il iyulun on doqquzu. Culfa rayonunun Əlincə kəndi - adı tarixə, əfsanələrə, Naxçıvanın qədim yaddaşına həkk olunmuş bir məkan. Elə bu kənddə dünyaya göz açan Ramiz Qasımov erkən yaşlarından kitaba, sözə, elmə maraq göstərib. 1993-cü ildə Xoşkeşin kənd orta məktəbinin astanasından böyük həyata addımlayan gənc, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunanda, görünür, hələ özü də bilmirdi ki, bu seçim onun bütün gələcək taleyini müəyyənləşdirəcək.

1998-ci ildə bakalavr, 2000-ci ildə isə magistr diplomunu alaraq təhsil yolunun ilk mərhələsini uğurla başa vuran gənc mütəxəssis, elmə gedən yolun heç də düz xətlə deyil, sınaqlarla, əməklə, sadə həyatın gündəlik zəhmətilə döşəndiyini yaxşı bilirdi. Belə ki, 2000-2004-cü illərdə doğma Əlincə kənd orta məktəbində müəllim işləyən Ramiz müəllim, eyni zamanda 2000-2001-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini şərəflə başa vurub: Vətənə həm elm, həm də əsgər olaraq xidmət göstərməyin nümunəsini yaradıb.

Onun müəllimlik illəri təsadüfi bir mərhələ deyildi, bu, gələcək alimin pedaqoji istedadının, uşaq qəlbinə yol tapmaq bacarığının ilk sınağı idi. Və bu sınaqdan o, şərəflə çıxdı: yetişdirdiyi şagirdin respublika fənn olimpiadasında birinci yeri tutması Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən diplom və pul mükafatı ilə qiymətləndirildi. Elə həmin illərdə Əlincə kənd orta məktəbində keçirilən "İlin müəllimi" müsabiqəsinin qalibi adını qazanması isə sübut etdi ki, bu gənc müəllim təkcə bilik deyil, həm də ürək verməyi bacarır.

2004-cü il Ramiz Qasımovun həyatında dönüş nöqtəsi oldu. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Akademiyanın Naxçıvan Bölməsi yenicə fəaliyyətə başlamışdı. Elmə çox böyük marağı olan gənc müəllim kənd məktəbinin dar, lakin isti dünyasından AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun geniş elm meydanına addımladı. Elmi işçi kimi başladığı bu yol get-gedə yüksəlişlə davam etdi: əvvəlcə səbirlə, sonra inamla, nəhayət, məsuliyyətlə. 2012-ci ildən institutun elmi katibi vəzifəsini icra edən, 2016-cı ildən isə Ədəbiyyatşünaslıq şöbəsinə rəhbərlik edən Ramiz müəllim bu illər ərzində təkcə vəzifə pillələrini deyil, elmi yetkinliyin də pillələrini adladı.

2011-ci il onun elmi bioqrafiyasında əlamətdar tarix kimi qeyd olunmalıdır. Akademik İsa Həbibbəylinin rəhbərliyi altında o, fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələndi. Üç il sonra, 2014-cü ildə isə dosent elmi adını aldı. Zəhmətinin bəhrəsi 2012-ci ildə daha bir dəfə təsdiqləndi: humanitar və ictimai elmlər sahəsində əldə etdiyi nailiyyətlərə görə ona "İlin alimi" fəxri adı verildi.

Ancaq ən böyük zirvə hələ qarşıda idi. 2025-ci ildə Ramiz Qasımov "Azərbaycan tənqidi realizminin poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru oldu. Bu, sadəcə bir elmi ad deyildi, iyirmi ildən artıq davam edən gərgin axtarışların, gecə-gündüz kitab üzərində əyilməyin, minlərlə səhifəni vərəqləməyin nəticəsi idi. Bu zəfər, eyni zamanda, bir vaxtlar kənd məktəbinin sadə müəllimi olan insanın Azərbaycan elminin ən yüksək pilləsinə necə yüksələ biləcəyinin canlı sübutu oldu.

Ramiz Qasımovun elmi yaradıcılığı geniş və çoxşaxəlidir. Onun araşdırmaları Azərbaycan ədəbiyyatının ümumi problemlərindən tutmuş ədəbiyyat nəzəriyyəsinə, ədəbi cərəyanlara, dilçiliyə, Naxçıvan ədəbi mühitinə və folklorşünaslığa qədər geniş bir sahəni əhatə edir. Bu gün onun qələmindən çıxan 5 monoqrafiya, 1 kitab, 200-dən artıq elmi məqalə və yüzlərlə publisist yazı Azərbaycan ədəbiyyatşünaslığının zəngin xəzinəsində töhfə kimi qalır.

Onun elmi yaradıcılığında xüsusi yer tutan əsərləri sadalayarkən, hər birinin arxasında illərin axtarışının dayandığını unutmaq olmaz: Cəlil Məmmədquluzadə yaradıcılığında "kiçik" adam obrazlarının ictimai-bədii funksiyası (Bakı, "Elm və təhsil", 2012) - böyük Mirzə Cəlilin  yaradıcılığına yeni nəzər salan bu monoqrafiyada sadə insanın ədəbiyyatdakı taleyi fəlsəfi dərinliklə araşdırılır.

"Müstəqillik yollarında: Liderlik missiyası" (Naxçıvan, "Əcəmi", 2016) - bu kitabda tarixi proseslər ideoloji müstəvidə təhlil edilir.

"Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və azərbaycançılıq ideologiyası" (Bakı, "Elm və təhsil", 2017) milli kimliyin ədəbi əksini araşdıran fundamental tədqiqatdır.

"Naxçıvan ziyalıları Azərbaycan mətbuatında" (Naxçıvan, "Əcəmi", 2017) diyarımızın unudulmaz simalarının mətbuat səhifələrindəki izini bərpa edən dəyərli əsərdir.

"Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər" (Bakı, "Elm və təhsil", 2018) isə bu mühüm sahəyə güzgü tutan sanballı monoqrafiyadır.

"Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz" (Naxçıvan, "Əcəmi", 2020) böyük şairin yaradıcılığına həsr olunmuş, onun poeziyasını milli yaddaş kontekstində dəyərləndirən əsərdir.

Bu əsərlərin hər biri ayrı-ayrılıqda Azərbaycan ədəbiyyatşünaslığında yeni bir səhifə açıb, elmi ictimaiyyət tərəfindən dəyərləndirilib və gənc tədqiqatçılar üçün istinad mənbəyinə çevrilib.

Ramiz Qasımovu tanıyanlar deyirlər ki, o, yazdığı kimi yaşayır - sadəlik, ciddiyyət və daxili nizamla. Onun həyatında elm və ailə, iş və məsuliyyət bir-birini tamamlayan iki qanad kimidir.

İndi, əlli yaşın tamamında Ramiz Qasımov "Ədəbiyyatşünaslıq" şöbəsinə rəhbərlik edərək gənc kadrların yetişməsinə, elmi kollektivin inkişafına öz töhfəsini verməkdədir. Onun elmə bağlılığı, tükənməz axtarıcılıq ruhu və zəhmətsevərliyi institutumuzun gənc əməkdaşları üçün həqiqi örnəkdir.

Yarım əsr böyük rəqəmdir, amma Ramiz müəllim üçün bu, sadəcə yeni bir başlanğıcın astanasıdır. Çünki elm adamının ömrü kitabların sonuncu səhifəsində bitmir, hər yeni tədqiqat, hər yeni kəşf onun üçün təzə bir fəslin başlanğıcıdır.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun kollektivi adından Ramiz müəllimi 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz elmi ilham, yeni kəşflər və uzun ömür arzulayırıq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see567

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see416

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see388

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see321

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see307

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see283

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see259

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see258

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see253

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see237

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see237

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see232

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see231

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see225

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see204

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see204

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see193

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see191

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see189

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri