Icma.az
close
up
RU
“SSAL 2” MMC şirkətinin rəhbəri “Səs” qəzetinin redaksiyasında qonaq olub FOTOLAR

“SSAL 2” MMC şirkətinin rəhbəri “Səs” qəzetinin redaksiyasında qonaq olub FOTOLAR

Icma.az, Sia Az saytına istinadən bildirir.

Bu gün “SSAL-2” MMC şirkətinin təşkilatı dəstəyi ilə “Səs” qəzetinin redaksiyasına Azərbaycan Milli Mətbuatının 150 illiyi ərəfəsində müxtəlif hədiyyələr təqdim olunub. SİA xəbər verir ki, redaksiyada təşkil olunan görüşdə SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, “SSAL-2” MMC-nin təsisçisi və direktoru Mirsədi Seyidov, şirkətin nümayəndələri və “Səs” qəzetinin əməkdaşları iştirak ediblər.

SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib ki, Azərbaycan mediası 150 il yaşayıb, mübarizə aparıb və bu gün dünyanın ən layiqli, ən yaxşı media qrupları sırasında yer alıb. O, mətbuatımızın keçdiyi keçməkeşli, ağır, rəngarəng yola nəzər salan baş redaktor müqayisələr apararaq Azərbaycan mediasının hansı nöqtədən başlayıb, hansı çətin yollarla, hansı yerə qədər gəldiyi tarixin pillələrinə diqqət çəkib.

Media Qrupunun rəhbəri diqqətə çatdırıb ki, "Səs" qəzeti yarandığı gündən yenilənməyə meylli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb: “Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində əldə edilən yeniliklərdən maksimum şəkildə faydalanmağa çalışmışdır. Qəzet modernləşərək öz bazasında "Səs" İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün "Səs" İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır".

“SSAL-2” MMC-nin təsisçisi və direktoru Mirsədi Seyidov əvvəlcə şirkət haqqında media nümayəndələrinə ətraflı məlumat verib. Qeyd olunub ki, ''SSAL-2'' Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cu ildə təsis edilmişdir. ''SSAL-2'' MMC yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi, elektrik avadanlıqlarının quraşdırılması və təchizatı fəaliyyətlərini ən yüksək səviyyədə yerinə yetirən enerji şirkətidir. Generatorların quraşdırılması və servis xidmətlərinin göstərilməsi yönündə yetərincə təcrübəyə malikdir. Bununla bərabər daxili və xarici elektrik xətlərinin çəkilməsi, layihələndirilməsi işləri də şirkətin əsəs fəaliyyət istiqamətlərindəndir.

MMC-nin təsisçisi və direktoru daha sonra bildirib ki, 150 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. “SSAL-2” MMC tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Mirsədi Seyidov Vətən müharibəsində Azərbaycanın apardığı haqlı müharibəni və Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şanlı qələbəsini, xalq-ordu birliyini, eyni zamanda ölkə rəhbərinin apardığı daxili və xarici siyasətini mətbuat nümayəndələrinin ətraflı işıqlandırdıqlarını qeyd edib.

SƏS Media Qrupunun əməkdaşları da öz növbəsində Azərbaycan Milli Mətbuatının 150 illiyi ərəfəsində onlara və redaksiyaya göstərdiyi diqqət və qayğıya görə “SSAL-2” MMC-nin təmsilçisi Mirsədi Seyidova minnətdarlıqlarını bildiriblər.

Mərasimin sonunda media nümayəndələrinə hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri