Stres ürəyinizə ciddi zərər verə bilər
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kardioloq Yevgeni Kokin xəbərdarlıq edir ki, gündəlik stress ürəyə davamlı zərbə vurur və ürək sağlamlığı üçün böyük təhlükə yaradır.
Milli.Az xəbər verir ki, o, sinir gərginliyinin ürək-damar sisteminə mənfi təsirini ətraflı izah edib.
Kokin deyir ki, stress zamanı ifraz olunan adrenalin və kortizol hormonları ürək döyüntüsünü sürətləndirir, damarları daraldır və qan təzyiqini kəskin şəkildə artırır. Bu isə hipertoniya riskini yüksəldir və nəticədə infarkt, insult kimi ağır fəsadlara səbəb ola bilər.
Həkim əlavə edir ki, stress ürək ritminin pozulmasına - aritmiyaya yol aça bilər. Aritmiyalar isə bəzən ürəyin dayanması kimi həyati təhlükəli vəziyyətlərlə nəticələnə bilər.
Eyni zamanda, xroniki stress damar divarlarında iltihabın artmasına səbəb olur, damarların zəifləməsinə və nəticədə ürək çatışmazlığının inkişafına şərait yaradır.
Kokin vurğulayır ki, stressin digər ciddi təsiri qan laxtalanmasının artmasıdır. Kortizol hormonunun yüksəlməsi qanın daha qalın və laxtalanmaya meylli olmasına gətirib çıxarır ki, bu da tromb əmələ gəlməsi riskini artırır.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 24 Avqust 2025 05:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















