Icma.az
close
up
RU
Stres, yoxsa narahatlıq?

Stres, yoxsa narahatlıq?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Stres və narahatlıq gündəlik həyatın bir hissəsinə çevrilmiş vacib zehni və fiziki reaksiyadır.
“Qafqazinfo” xarici araşdırmalara istinadən xəbər verir ki, stres və narahatlıq oxşar simptomlarla özünü göstərə bilər və bəzən onları ayırd etmək çətin olur.
Bununla belə, onların arasındakı fərqləri başa düşmək və düzgün mübarizə üsullarını öyrənmək psixi sağlamlığınızın qorunmasında mühüm rol oynayır.

Stres zehni və ya fiziki təzyiqə cavab olaraq baş verir. Narahatlıq isə açıq-aydın səbəb olmadan belə hiss oluna bilən vəziyyətdir. Stres və narahatlıq fiziki və psixoloji simptomlara səbəb ola bilər.
Stresin simptomlarına başgicəllənmə, əzələ gərginliyi, mədə problemləri, yuxusuzluq və əsəbilik, narahatlığa isə davamlı gərginlik və təşviş, tez-tez tərləmə, diqqət dağınıqlığı, ürək döyüntüsünün artması daxildir.
Stres müəyyən bir səbəb və ya problemlə baş verir və bunlar keçdikcə azalmağa başlayır. Məsələn, hər hansı ev tapşırığının və ya layihənin son tarixi yaxınlaşdıqda yaşanan stres, təqdimatdan sonra keçir. Narahatlıq isə səbəb olmadan və daha uzun müddət çəkə bilər.

Həyatınızdakı böyük dəyişikliklər (evlilik, ölkə dəyişmə, xəstəlik), iş təzyiqi və ya ailə münaqişələri kimi vəziyyətlər stresin ümumi səbəbləridir.
Narahatlıq ortalıqda heç bir səbəb olmadan, hər an pis bir şey baş verəcəyi hissi ilə yaşamaqdır.
Daimi stres və narahatlıq hissləri bəzi psixi sağlamlıq pozğunluqlarının əlamətləri də hesab olunur.

Stres və narahatlıq bir-birinə çevrilə bilər. Stress uzandıqda, narahatlığa səbəb olur. Məsələn, daimi iş təzyiqi ilə qarşılaşan bir insan zamanla ümumi bir narahatlıqlarla həyatına davam edir.
Stres və narahatlıq qaçılmaz olsa da, bu duyğular gündəlik həyata təsir edəcək səviyyəyə çatdıqda, onları ciddi qəbul etmək və lazım gəldikdə peşəkar kömək almaq lazımdır.

Bəs, hər ikisindən necə xilas olaq?
Fiziki fəaliyyət endorfinləri buraxaraq stres və narahatlıq səviyyələrini azalda bilər. Həmçinin meditasiya və nəfəs məşqləri ilə zehni sakitləşdirmək və diqqəti artırmaq streslə mübarizədə təsirlidir.
Bundan başqa, kifayət qədər yuxu almaq stres və narahatlığı idarə etmək üçün vacibdir.
Təmiz havada qısa bir gəzinti də sizi stres və narahatlıq kimi yorucu hisslərdən uzaqlaşdırır.
Unutmayın ki, stres və narahatlıq xroniki xəstəlikləri artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Noyabr 2024 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

12 May 2026 02:12see236

Almaniya ABŞ dan “Tayfun” və “Tomahawk” almaq müraciətini nəzərdən keçirir

12 May 2026 02:57see191

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

11 May 2026 11:20see185

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? 1500

12 May 2026 02:09see185

Erməni ailəsinin Azərbaycandakı biznesi ŞOK FAKTLAR VİDEO

12 May 2026 01:07see182

9 nəfərdə hantavirus aşkarlanıb ÜST həyəcan təbili çaldı...

12 May 2026 03:05see179

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

12 May 2026 02:29see172

Fransa böyük faciədən döndü

12 May 2026 01:22see172

“Milan”ın baş məşqçisi istefaya göndərilə bilər

12 May 2026 01:57see169

Çin şirkətləri Tacikistana 8 milyard dollardan çox investisiya yatıracaq

12 May 2026 00:17see168

Quru göz sindromu niyə artır?

12 May 2026 00:39see168

Xırdalanlıların işi lap dalana dirənib: Elə bil müharibə meydanıdır...

12 May 2026 01:07see167

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

12 May 2026 00:58see163

Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?

12 May 2026 12:47see163

WUF13 də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

11 May 2026 09:35see160

DÇ 2026 öncəsi ABŞ millisində ciddi itki

12 May 2026 00:06see158

ABŞ İran qarşıdurması: Kim qazanır, kim uduzur və dünya hansı istiqamətə gedir?

11 May 2026 09:16see157

Britaniyanı İranla müharibəyə sürükləməyə çalışırlar

11 May 2026 14:37see154

Üç teleaparıcını hökumət sözçüsü təyin etdi

12 May 2026 05:03see154

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri