Icma.az
close
up
RU
Stresi azaldan nəqliyyat vasitələri: Avtomobillərlə müqayisədə az enerji istifadə edir

Stresi azaldan nəqliyyat vasitələri: Avtomobillərlə müqayisədə az enerji istifadə edir

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Mikromobillik şəhər infrastrukturunun müasirləşdirilməsi və nəqliyyat sisteminin çevikliyinin artırılması üçün vacibdir. Beynəlxalq təcrübələrin araşdırılması mikromobillik üzrə strategiyaların hazırlanmasına dəstək olur".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, dünyada istehlak edilən enerjinin və kükürd qazı tullantısının 20-25 faizi nəqliyyat sektorunun payına düşür:

"Ətraf mühitin qorunması baxımından velosiped yollarının əhəmiyyəti böyükdür. Bakı şəhərində də velosiped zolaqlarının olması həm paytaxtın infrastrukturu, həm də sakinlərin rahatlığı baxımından mühüm addım kimi dəyərləndirilir. Bu prosesin əsas məqsədi, təhlükəsiz və ekoloji cəhətdən dost bir şəhər mühitinin yaradılmasıdır. Bunun ekoloji cəhətdən təsiri böyükdür. Mikromobillik şəhərlərdəki hava çirkliliyini azaltmağa kömək edir. Bu vasitələr ənənəvi avtomobillərlə müqayisədə az enerji istifadə edir və karbon izi də avtomobillərdən qat-qat aşağıdır. Sağlamlıq baxımından da faydalıdır. Velosiped sürmək və ya elektrik skuterlərdən istifadə etmək insanları fiziki aktivliyə təşviq edərək sağlamlığa müsbət təsir edir, stresi azaldır".

"Mikromobillik infrastrukturunun inkişafında bir çox beynəlxalq təcrübə öyrənilə bilər. Velosiped yolları üçün geniş sərmayələr və doğru planlama sayəsində velosiped sürmək Amsterdam şəhərində gündəlik nəqliyyat vasitəsi halına gəlib. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin dekabrında imzalanan "Yol hərəkətinin təhlükəsizliyi haqqında Dövlət Proqramı"na əsasən, ölkədə yol hərəkətinin təhlükəsiz vəziyyətə gətirilməsi, burada ətraf mühitin yaxşılaşdırılması, avtomobillərdən atılan zəhərli qazların miqdarının azaldılması, bir sözlə, respublika üzrə hərəkətin nizamlaşdırılması nəzərdə tutulub. Həmin sənəddə, eyni zamanda, avtomobil yollarında, küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradılması, ekoloji təmiz nəqliyyat vasitələrinin istismarının stimullaşdırılması məsələləri də yer alıb".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri