Icma.az
close
up
RU
Stressdən necə uzaq olaq?

Stressdən necə uzaq olaq?

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Bəzən həyatda elə hadisələrlə qarşılaşırıq ki, onlar bizi stressə salır.

İstər tələbəlik dövründə, istərsə də iş həyatında yaşanan bəzi problemlər, insana psixoloji olaraq təsir edir. Bu da gündəlik həyatımızda stressi artırır. Artıq stress həyatımızın bir parçası olub. Hətta necə adət etmişiksə, "stressdən uzaq qalmaq mümkün deyil" fikrini tez-tez dilə gətiririk. Mütəxəssislər isə məsələyə bizim kimi yanaşmır. Bu zaman problemin həlli nədir? Stressdən necə uzaq qalaq? Bu mövzuda psixoloq Nərgiz Süleymanlı kaspi.az-la öz fikirlərini bölüşüb.

Psixoloq deyir k, stress bədənin, beynin həqiqi və ya güman edilən təhlükələrə, dəyişikliklərə reaksiyasıdır. Ortada bir səbəb olmadan stress yaranmır: "Gənclər atıldıqları və qurmağa çalışdıqları həyatlarında stresslə tez-tez qarşılaşırlar. Bir gənc üçün stressi qaçılmaz edə biləcək aktual səbəbləri əsas 2 qrupa ayırırıq. Bunlardan biri fiziki çevrədən qaynaqlanan səbəblərdir, digəri isə psixososial hallarla bağlıdır. Fiziki çevrədən qaynaqlanan stressə qapalı hava, hava kirliliyi, istilik-soyuqluq, radiasiya, gurultulu ortam, psixososiala isə gərgin iş və ya dərs rejimi, işdən çıxarılma və ya iş yerinin bağlanması, iş tapa bilməmək, zamanla yarışmaq, naməlum vəziyyətlərə düşmə, imtahan prosesləri, ciddi xəstəliklər, evlilik və ya boşanma, dərslərin başlaması, məzun olma, ailə üzvlərinin itkisi, hər gün və ya tez-tez yaşadığı tıxac problemi, tələbənin mütəmadi ev dəyişdirməsi, başqa şəhərə və ya ölkəyə köçmək məcburiyyəti və s. səbəbləri aid etmək olar".

Nərgiz xanım stressdən qorunmağın yollarından da danışdı. Deyir ki, öncə özünüzə düzgün qidalanma proqramı düzəldin, hər gün müntəzəm olaraq 1,5 l su için: "Xüsusilə də stress altında olarkən tərləməyə görə, bədənin su itkisini və ağız quruluğunu önləmək üçün bol su için. Həftədə 3 gün idman edin, ən azından hər gün 1 saat piyada gəzin. Xüsusilə də açıq havada edilən bədən hərəkətləri stresslə mübarizə hormonlarının ifrazına yardım edəcəkdir. Hər gün, çox gec olmamaq şərti ilə eyni saatda yatmağı və səhər eyni vaxtlarda oyanmağı adət halına gətirin. Yuxunuzu yetərincə aldığınıza əmin olun. Hətta daha keyfiyyətli bir yuxu üçün yatmazdan öncə ilıq duş almaq, bir stəkan süd və ya bitki çayı içmək, rahatladıcı musiqi dinləmək məsləhətdir. Çox gərgin iş rejimində çalışırsınız və ya oxuyursunuzsa, müəyyən aralıqlarla fasilə verin, dik oturun, gözlərinizi bağlayın və 10 dəqiqə ərzində zehninizi rahatladın. Sevdiyiniz şeyləri və olmaq istədiyiniz bir yeri xəyal edin. Müəyyən fasilələrlə iş yerində və ya təhsil aldığınız mərkəzdə gəzin, pilləkənlə düşüb-çıxın. Bu, qan dövranının yaxşılaşmasına kömək olacaq".

Müsahibimiz qeyd edir ki, evə iş gətirməyin, ailə üzvlərinizə, sevdiklərinizə, dostlarınıza mütləq zaman ayırın: "İşdən sonrakı vaxtı şən, keyfiyyətli bir tərzdə keçirməyə diqqət edin. Ailə bağlarının güclənməsinə önəm verin. Bu, sizdə müsbət emosional vəziyyət yaradacaq. Gün ərzində özünüzə və hobbilərinizə zaman ayırın. Bu, kitab oxumaq və ya musiqi dinləmək, sevdiyiniz bir insanla kafedə oturub söhbət etmək də ola bilər. Evdə və ya iş yerində edə biləcəyinizdən çox məsuliyyət almayın. Görəcəyiniz işlərinizi təcili və çox önəmlilər sırasına görə planlaşdırın. "Yox" deməyi bacarmalısınız. Ən yaxınlarınız belə, bəzən içində olduğunuz stressi və gərgin iş rejiminizi göz ardı edərək çox tələbkar ola bilərlər. Duyğularınızı ifadə etməkdən çəkinməyin. Onlarla bu vəziyyəti müzakirə edib, ehtiyacınız varsa, dəstək istəyin. Siz bunu dilə gətirmədiyiniz müddətcə, onların vəziyyəti anlamasını gözləməyin. Sizi sıxan, səmimiyyətinə inanmadığınız insanlarla bir arada olmayın. İş şəraitində ondan uzaq durmaq kimi bir imkanınız yoxdursa, onunla ünsiyyəti xüsusi çərçivə içində saxlayın".

Psixoloq deyir ki, insanların boş yerə vaxtınızı oğurlamasına icazə verməyin:  "Sizin üçün stress qaynağı olan hadisələrə və ya sizi əsəbiləşdirən vəziyyətlərə fərqli aspektlərdən baxmağa çalışın. İnsanlarla münasibətdə simpatiya qurmağa çalışın. Unutmayın, hər zaman biz haqlı ola bilmərik. Səhvlərinizi etiraf etməkdən çəkinməyin. Stress və əsəbinizə qarşı mübarizə aparmağı öyrənin. Tələsik qərar verməyin, nəfəsalma texnikalarını yoxlayaraq, sakitləşməyə çalışın. Sonradan peşman olacağınız sözlər işlətməyin. Lazım gələrsə, sizi gərginləşdirən ortamdan bir müddət uzaqlaşın və sakit beyin ilə vəziyyəti yenidən təhlil edin. Optimist olmağı, gülümsəməyi və zarafat etməyi axsatmayın. Gələcək üçün planlar qurun. Təbiət qoynuna istirahətə gedin. İnanclarınızı güclü edin".

Psixoloq sonda bildirdi ki, hər vasitədən istifadə etməyinizə baxmayaraq, stresslə mübarizəniz fayda vermirsə, mütləq mütəxəssisdən yardım istəyin. Çünki həll edilə bilməyən stress halı müxtəlif psixoloji problemlər doğurur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri