Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində Pirşağıya gedən su xəttində iki həftə öncə yaranmış nasazlıq səbəbindən içməli su əraziyə axıb.
Sakinlərin aidiyyəti qurumlara müraciətindən sonra təmir işləri aparılsa da, qazıntı sahələri açıq saxlanılıb və axan su yağış suları ilə birləşərək ərazidə gölməçələr yaradıb.
Baku TV-nin süjetindən də göründüyü kimi, küçədə əhali sayına uyğun olmayan iki zibil konteynerinin yerləşdirilməsi və onların da ayda cəmi bir neçə dəfə təmizlənməsi ciddi antisanitar şəraitə yol açıb.
Baxış sayı:164
Bu xəbər 12 Sentyabr 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















