Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Su hövzələrində balıqlar kəskin azalıb: Tədqiqat aparılmır, vahid strategiya yoxdur

Su hövzələrində balıqlar kəskin azalıb: Tədqiqat aparılmır, vahid strategiya yoxdur

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəzər dənizinin dayazlaşması, eləcə də çaylarda sululuğun azalması bu gün regionun ən ciddi ekoloji problemlərindən birinə çevrilib. Bu vəziyyət təkcə ekosistemin tarazlığını pozmur, limanların fəaliyyətində çətinliklər, sahilboyu yaşayış məntəqələrində sosial-iqtisadi problemlər yaratmaqla yanaşı, həm də balıq ehtiyatlarının kəskin azalmasına səbəb olur.

Son illər Xəzər dənizi ilə bərabər, Azərbaycanın daxili su hövzələrində - Kür, Araz çayları, Mingəçevir, Ceyranbatan və digər su hövzələrində bioloji müxtəliflik baxımından dəyişikliklər müşahidə olunur. Xüsusilə, balıq ehtiyatlarının azalması diqqət çəkir. Ekspertlər bildirirlər ki, Xəzərin simvoluna çevrilən nərə, eləcə də qızıl balıq və kütüm kimi növlər indi tükənmə təhlükəsi ilə üz-üzədir. Eyni proses ölkənin daxili göl və çaylarında da müşahidə edilir: balıq növlərinin sayı azalır, populyasiya üçün təbii şərait pisləşir.

Mütəxəssislərin fikrincə, bu azalma çoxfaktorlu problemdir. Əsas səbəblər arasında ekoloji çirklənmə, qanunsuz və nəzarətsiz balıq ovu, iqlim dəyişikliklərinin su rejiminə təsiri, eləcə də balıq nəslinin artırılması və su bioresurslarının idarə olunmasında boşluqlar xüsusi yer tutur.

Brakonyerlik, neft qalıqları...

Həvəskar balıqçı Elşad Məmmədli bildirib ki, son illər həm Xəzər dənizində, həm də çaylarda balıq ehtiyatlarının azalması müşahidə edilir:

"Ən böyük səbəb çaylarda və Xəzərdə su səviyyəsinin azalmasıdır. Bu səbəbdən balıqlar daha dərinliklərə çəkilib. Lakin bu, yeganə səbəb deyil. Son illərdə brakonyerlik də artıb. Balıqlar kütləvi ovlanır. Dənizə və digər su hövzələrinə sintetik torlar atılır. Populyasiya dövründə balıqlar Xəzərdən çay və kanallara doğru hərəkət edir. Qanunsuz torlar populyasiya dövründə balıqların təbii yolla kanala getməsinin qarşısını alır. Kürü qoymaq üçün kanallara gedən balıqlar torlara düşərək məhv olur".

Balıqçı əlavə edib ki, bəzən dəniz səthinə yığılan neft qalıqları da balıqların tələfinə səbəb olur.

Onun sözlərinə görə, mövcud problemin həlli üçün davamlı olaraq su hövzələrinə balıq körpələri buraxılmalıdır. Qanunsuz balıq ovlarına qarşı nəzarət tədbirləri gücləndirilməlidir.

Nərə və qızıl balıq növləri tükənmək üzrədir

Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi Süleyman Süleymanov da bildirib ki, son illər Xəzər dənizində və daxili su hövzələrində ekoloji şərait dəyişib. Suyun səviyyəsinin mütəmadi azalmasına iqlim dəyişiklikləri, çirklənmə və insan fəaliyyəti səbəb olur:

"Bu, su hövzələrində yaşayan canlılara təsir edir. Xəzərdə dəniz balıqları ilə yanaşı, keçici və yarımkeçici balıqlar da var. Mövcud problem dəniz balıqlarına nisbətən az təsir göstərir. Lakin hazırda dəniz suyu sahildən 200-400 metr geri çəkilib. Yarımkeçici balıqların kürüləmə yerləri ilə əlaqələri kəsilib. Keçici balıqlar dənizdə yaşasa da, kürü tökmək üçün onlar da çaylara gedirlər. Təəssüf ki, çaylarda da su səviyyəsi azalıb. Kür çayı bir sıra hallarda dənizə çata bilmir. Xəzər dənizində yaşayan nərə və qızıl balıq növləri tükənmək üzrədir".

Mütəxəssis vurğulayıb ki, daxili su hövzələrində, məsələn, Varvara (Kür çayının üzərində, Mingəçevir SES-dən 20 km aşağıda yerləşir - red.) və Mingəçevir kimi su anbarlarında da su səviyyəsi dəyişir. Əsas problemlərdən biri çirklənmə və insan faktorudur:

"Dənizdə yaşayan siyənək, kilkə və kefal balıqlarının sayını artırmaq lazımdır. Yarımkeçici balıqların vəziyyəti qənaətbəxş deyil, çünki kürü tökə bilmirlər. Onların bərpası üçün 3-4 il vaxt lazımdır. Əgər nəzarət güclənsə, bu növləri bərpa etmək mümkündür. Artıq balıqların təbii yolla çoxalması, demək olar ki, mümkün deyil. Başqa alternativimiz yoxdur".

"Vahid strategiya yoxdur"

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı isə qeyd edib ki, iqlim dəyişikliyi və su ehtiyatlarının azalması bu məsələyə ciddi təsir göstərir:

"Son 3-4 ildə Salyan rayonunun ərazisinə qədər dəniz suyunun Kür çayına daxil olması müşahidə edilir. Bu da, təbii ki, balıq ehtiyatlarına mənfi təsir göstərir. Lakin mövcud problemin səbəbi təkcə iqlim deyil, antropogen faktorlardır. Qanunsuz balıq ovlamaları, eləcə də Xəzərin bəzi hissələrində neft qalıqlarının qalması vəziyyəti daha da pisləşdirir".

O əlavə edib ki, Azərbaycanın daxili su hövzələrində də balıq ehtiyatları ilbəil azalır:

"Balıq ehtiyatının artırılması üçün tədbirlər görülməlidir. Təəssüf ki, bu sahədə müəyyən axsamalar müşahidə olunur".

Z.Salmanlının sözlərinə görə, əvvəllər fəaliyyət göstərən Balıqçılıq Elmi-Tədqiqat İnstitutu su hövzələrində və dənizdə balıqların sayı, kvotalar və qiymətləndirmələrə nəzarət edirdi. Hazırda isə bu istiqamətdə vahid strategiya yoxdur:

"Müşahidələr göstərir ki, demək olar ki, bütün balıq növlərində azalma var. Nərə və qızıl balıq kimi qiymətli növlər böyük risk altındadır".

O, həmçinin əlavə edib ki, hazırda özəl sektorla Kənd Təsərrüfatı Nazirliyi arasında bu sahədə birgə işlər aparılır:

"Ümid edirik ki, qarşıdakı 3-4 il ərzində bu əməkdaşlığın nəticəsində balıq ehtiyatlarının bərpası istiqamətində müsbət nəticələr əldə olunacaq"

Xəzərdə balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi tam şəkildə aparılmır

Kənd Təsərrüfatı Nazirliyindən bildirib ki, Xəzər dənizində su səviyyəsinin dəyişməsi, ekoloji tarazlığın pozulması və təbii resurslardan qeyri-rasional istifadə dənizin bioloji müxtəlifliyində və balıq ehtiyatlarında azalmaya səbəb olur:

"Balıq sayının azalmasına təsir edən əsas amillər bunlardır: ekoloji çirklənmənin artması, təbii resurslardan qanunsuz istifadə, Xəzər dənizinə tökülən çaylarda su səviyyəsinin aşağı düşməsi, su həcminin azalması və balıqların kürüləmə sahələrinin məhdudlaşması nəticəsində təbii prosesin pozulması".

Nazirlikdən qeyd edilib ki, son illərdə Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi tam şəkildə aparılmadığı üçün yekun qiymətləndirmə hələlik mövcud deyil. Hazırda Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət həyata keçirilir:

"Bu əməkdaşlıq çərçivəsində xarici nümayəndələrin, eləcə də yerli alim və mütəxəssislərin iştirakı ilə Xəzər dənizində balıq ehtiyatlarının qiymətləndirilməsi üzrə monitorinqlər aparılacaq. Nəticələr təhlil edildikdən sonra real vəziyyət barədə daha dəqiq fikir bildirmək mümkün olacaq. Yekun nəticələr ictimaiyyətə təqdim ediləcək".

Məlumat üçün qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu ay Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə ekspedisiya keçirilib. Tədqiqatın məqsədi balıq və digər su bioresurslarının populyasiyasını, biomüxtəlifliyi və ekoloji vəziyyəti qiymətləndirmək, elmi məlumatlar əsasında 2026-cı il üçün balıq ov kvotalarını müəyyənləşdirməkdir. Ekspedisiya nəticələri əsasında hazırlanacaq məlumatlar Nazirlər Kabinetinə təqdim ediləcək.

Qazaxıstan və Çin balıq ovuna necə nəzarət edir?

Sonda qeyd edək ki, bir sıra ölkələrdə balıq ehtiyatlarının azalmasının qarşısını almaq üçün davamlı islahatlar həyata keçirilir. Bu istiqamətdə Xəzər regionu dövlətləri arasında Qazaxıstan diqqətçəkən təcrübəyə malikdir. Balıqçılıq fəaliyyətinə dair icazələr yalnız elektron sistem üzərindən verilir və ov, daşınma, satış, rəqəmsal izləmə sistemi vasitəsilə nəzarətə götürülüb. Bundan əlavə, İrtış, Ural və İli çaylarında ekoloji bərpa layihələri həyata keçirilir, çay yataqları təmizlənir.

2025-ci ilin fevralından başlayaraq Qazaxıstan müəyyən növ balıqların, o cümlədən qızıl balığın ixracına 6 aylıq müvəqqəti qadağa qoyub. Bu, yerli ehtiyatların qorunması məqsədi daşıyır.

Türkiyəyə gəlincə, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin "Türkiyənin daxili sularının balıqlandırılması layihəsi" çərçivəsində göl, su anbarı və çaylara minlərlə balıq körpəsi buraxılır. Bu sahədə hüquqi və inzibati nəzarət də mühüm rol oynayır. Balıq ovu üçün növ, ölçü, mövsüm və ov vasitələri üzrə məhdudiyyətlər tətbiq edilir.

Çində uzaqməsafəli balıqçılıq donanmasını izləmək üçün bir sistem mövcuddur. Bu sistemə əsasən, gəmilər GPS vasitəsilə hər saat mövqeləri barədə hesabat təqdim etməlidir. Bununla da səlahiyyətli qurum balıq ovunu və gəmilərin fəaliyyətini, demək olar ki, real vaxt rejimində izləyə bilir.

Azərbaycanda da balıq ehtiyatlarının qorunması və ya artırılması istiqamətində zaman-zaman müəyyən addımlar atılır. Bu baxımdan, fərqli su hövzələrinə balıq körpələrinin buraxılmasını misal göstərə bilərik. Bununla belə, həm ekspertlərin həyəcan təbilini, həm də beynəlxalq təcrübəni göz önünə alaraq deyə bilərik ki, bu istiqamətdə ciddi islahatların aparılmasına hələ də ehtiyac var.

"Report" informasiya agentliyi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see298

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see204

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see178

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see145

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

28 Oktyabr 2025 21:02see144

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see133

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see128

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see127

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see124

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see123

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see122

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see122

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see120

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see120

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see117

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see117

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see117

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri