Şübhəli qələbə, erməni idmançıdan qeyri etik jest Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Olimpiya çempionumuz Zelim Kotsoyevin Bakıda keçirilən dünya çempionatında Rusiyanı təmsil edən erməniəsilli idmançı Arman Adamyana qarşı görüşündə qalmaqallı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib.
“Qızıl xal” hissəsində isə gərgin anlar yaşanıb. Əvvəlcə, Zelim Kotsoyev Adamyana qarşı yuko xallıq fənd işlətsə də, hakimlər bunu dəyərləndirməyib. Daha sonra isə erməniəsilli idmançı eyni fəndi işlədib. Nəticədə o qalib elan olunub.
Zelim və məşqçis etiraz etsə də, qərar dəyişməyib.
Maraqlıdır ki,matçın hakimləri siyahısında Özbəkistanı təmsil edən erməniəsilli Armen Baqdasarov da olub. Qərarı bu səbəbdən şübhə altına almaq olar.
Qarşılaşmadan sonra isə Arman Adamyan tribunalara qarşı qeyri-etik jest edib. O, qələbədən sonra əllərini qulaqlarının ardına qoyaraq “səsinizi eşitmirəm” jestin edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Oktyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















