Icma.az
close
up
RU
Sudan Çadla “Adri” sərhəd keçid məntəqəsinin açıq qalması müddətini uzadıb

Sudan Çadla “Adri” sərhəd keçid məntəqəsinin açıq qalması müddətini uzadıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Qahirə, 31 mart, AZƏRTAC

Sudanın Xarici İşlər Nazirliyi Adri sərhəd-keçid məntəqəsinin humanitar yardımlar üçün açıq saxlanılması müddətinin daha 3 ay – iyunun sonunadək uzadıldığını açıqlayıb.

AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, keçid məntəqəsi mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan Çevik Dəstək Qüvvələrinin faktiki nəzarətində olan ərazidə yerləşsə də, BMT və beynəlxalq təşkilatlar humanitar yüklərin çatdırılması üçün hələ də rəsmi Sudanın razılığına ehtiyac duyur.

Sudanın qərbində, Qərbi Darfur əyaləti ilə həmsərhəd ərazidə yerləşən Adri keçidi Çadın eyniadlı şəhəri ilə həmsərhəddir.

Sudanda müharibə başlayandan sonra bu keçid adi sərhəd məntəqəsindən siyasi və hərbi baxımdan həssas nöqtəyə çevrilib. BMT-nin milyonlarla darfurluya yardım çatdırması üçün əsas marşrutlardan biri sayılır və qaçqınların hərəkəti üçün mühüm dəhliz rolunu oynayır. Bununla yanaşı, Sudan hökuməti keçiddən qeyri-humanitar yüklərin, o cümlədən silah və təchizatın daşındığını da iddia edir.

Nazirliyin bəyanatında bildirilib ki, qərar hökumətin ölkə üzrə zərərçəkmiş əhaliyə humanitar yardımın çatdırılmasına sadiqliyini əks etdirir və beynəlxalq humanitar hüquq normalarına uyğun koordinasiyanın davam etdirilməsinə yönəlib. Eyni zamanda, bəyanatda beynəlxalq və yerli qurumlarla əməkdaşlığın gücləndirilməsinə çağırış edilib.

Qeyd edək ki, keçid formal olaraq həm Sudan, həm də Çadın suveren nəzarətindədir: Çad tərəfi öz hissəsinə nəzarət etsə də, keçidin Sudana aid hissəsi isə hazırda hökumətin deyil, Çevik Dəstək Qüvvələrinin təsir dairəsindədir.

Bundan əvvəl Sudan hökuməti, hazırda Port Sudan şəhərində fəaliyyət göstərən administrasiya olaraq, keçidi bir neçə dəfə bağlamış, lakin beynəlxalq təzyiqlər nəticəsində yenidən açmağa razı olmuşdu.

Adri keçidi Çad ilə Darfur arasında ən qısa quru yol hesab olunur və bu səbəbdən də ora nəzarət təchizat, mal dövriyyəsi və insanların hərəkəti baxımından strateji əhəmiyyət daşıyır.

Hazırda Sudan tərəfdə rəsmi gömrük və sərhəd nəzarətinin olmaması keçidin “müharibə iqtisadiyyatı” üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıqları artırır. Bildirilir ki, yanacaq və müxtəlif mallar buradan keçərək qeyri-rəsmi ödənişlər müqabilində daşınır və bu da bölgədə fəaliyyət göstərən silahlı qruplar üçün maliyyə mənbəyinə çevrilə bilər.

Buna baxmayaraq, BMT Adri keçidinin açıq qalmasının vacibliyini vurğulayaraq, onu Darfur bölgəsində yaşayan milyonlarla insan üçün “həyat xətti” kimi qiymətləndirir. Sudan hökuməti isə eyni zamanda bu marşrutun Çevik Dəstək Qüvvələri tərəfindən istifadə olunduğunu iddia edir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Mart 2026 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri