Icma.az
close
up
RU
Süleyman Şah türbəsi geri köçürüləcək? Türkiyənin sərhəddən kənardakı yeganə ərazisi uğrunda savaş başlayıb

Süleyman Şah türbəsi geri köçürüləcək? Türkiyənin sərhəddən kənardakı yeganə ərazisi uğrunda savaş başlayıb

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyada Fərat çayının qərbini PKK/YPG terror təşkilatından təmizləyən Suriya Milli Ordusu (SMO) 2011-ci iləədk Süleyman Şah türbəsinin olduğu əraziyə girməyə hazırlaşır. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə sərhədindən 180 metr aralıda Eşmə kəndində yerləşən türbə Türkiyənin öz sərhədləri xaricində olan yeganə torpaq parçasıdır.

Bu ərazi Osmanlı İmeriyasının qurucusu Süleyman Şahin nəşinin dəfn olunduğu və ölkənin qanuni ərazisi olduğu üçün rəsmi Ankara üçün strateji əhəmiyyətə sahibdir.

Məlumata görə, PKK/YPG terror təşkilatını Mənbicdən də təmizləyən SMO qüvvələri istiqaməti Türkiyənin "qulağının dibində" olan Şah türbəsinə çevirib: "Fərat çayı sahillərinə çatan SMO əsgərləri ilə PKK/YPG terror təşkilatı arasında müvəqqəti atəşkəsin şərtlərindən biri də onların Süleyman Şah türbəsindən çəkilmələri olsa da, onlar hələ də bu ərazidə qalır. Bu səbəbdən əməliyyat siqnalı verilib. Artıq SMO döyüşçüləri irəliləməyə başlayıblar".

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalındakı Karakozak kəndinin terrordan təmizləndikdən sonra Süleyman Şah türbəsinin yerinə köçürülüb-köçürülməyəcəyi ilə bağlı açıqlama verib: “Suriya Milli Ordusunun bölgədə irəliləməsi və bölgəni terrordan təmizləməsi prosesini yaxından təqib edirik. Duruma uyğun qərar veriləcək".

Xatırladaq ki, Süleyman Şah türbəsi Türkiyə üçün böyük tarixi, mədəni və milli əhəmiyyətə malikdir. Süleyman Şah türbəsinin olduğu ərazi Türkiyənin öz sərhədləri xaricində suveren hüquqlarının olduğu yeganə torpaq parçasıdır.

SÜLEYMAN ŞAH TÜRBƏSİ

Türkiyədən 30 kilometr aralıda olan məqbərədə Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin babası, Ərtoğrul Qazinin atası Süleyman Şahın nəşi  yatır. Osmanlı İmperatorluğunun dağılmasından sonra 20 oktyabr 1921-ci ildə imzalanmış Ankara müqaviləsi və 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsindən sonra Süleyman Şah türbəsi Türkiyə Cümhuriyyətinin ərazisi kimi qəbul edilib. Bu razılaşmalar nəticəsində Türkiyə Caber qalasında yerləşən Süleyman Şah türbəsində mühafizəçi saxlamaq və bayraq asmaq hüququ qazanıb.

1960-cı illərin ortalarında Fərat çayı üzərində Tabqa su anbarı tikintisi zamanı isə türbənin  su altında qalma riskinə qarşı Suriya hökuməti Süleyman Şah türbəsinin başqa yerə köçürülməsi ilə bağlı Türkiyə ilə danışıqlara başlayıb. Uzun sürən danışıqlardan sonra türbənin Hələb-Hasake yolu üzərindəki Karakozak kəndi yaxınlığından köçürülməsinə qərar verilib. 1973-cü ildə türbə Karakozak kəndində 10096 kvadratmetrlik sahəyə köçürülüb. 

2011-ci ilin martında isə Suriyada vətəndaş müharibəsi başlayandan sonra İŞİD 2014-cü ilin martında Karakozak kəndini ələ keçirib. Bundan sonra Türkiyə 21-22 fevral 2015-ci il tarixlərində Süleyman Şah türbəsi və ətrafına qarşı “Şah Fərat əməliyyatı”na başlayıb. Əməliyyat nəticəsində məzar Türkiyə sərhədindən 180 metr aralıda yerləşən Eşmə kəndinə köçürülüb.

İndisə onun yenidən geri qaytarılma ehtimalı yaranıb.

Tahir Şəlvəli
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Dekabr 2024 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri