Icma.az
close
up
RU
Sülh və stabillik Orta Dəhlizin imkanlarını daha da genişləndirir ŞƏRH

Sülh və stabillik Orta Dəhlizin imkanlarını daha da genişləndirir ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 avqust, AZƏRTAC

Regionda sülh və normallaşma prosesinin davamlı xarakter alması Cənubi Qafqazın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. Qarşıdakı mərhələdə sülhün əsas nəticələrindən biri bütün region ölkələri arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi, bununla da yeni inkişaf imkanlarının formalaşması olacaq. Bu baxımdan Orta Dəhliz xüsusi strateji əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli söyləyib.

Onun sözlərinə görə, Orta Dəhliz artıq yalnız bir nəqliyyat marşrutu kimi nəzərdən keçirilə bilməz. Bu dəhliz Avropa ilə Asiya arasında ticarət, logistika, investisiya və iqtisadi əməkdaşlığın yeni platformalarından birinə çevrilməkdədir. Azərbaycanın coğrafi mövqeyi isə ölkəmizə bu prosesdə xüsusi üstünlüklər qazandırır:”Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa istiqamətlərini birləşdirən mühüm həlqə rolunu oynayır. Ölkəmizin isə bu prosesdəki rolu onun regional “orta güc” kimi strateji mövqeyini də nümayiş etdirir. Müasir beynəlxalq münasibətlər sistemində orta güclərin əhəmiyyəti yalnız hərbi və siyasi potensialla deyil, müxtəlif regionlar və güc mərkəzləri arasında iqtisadi, nəqliyyat və humanitar əlaqələrin qurulmasına verdiyi töhfə ilə də ölçülür. Azərbaycan coğrafi mövqeyindən və artan diplomatik imkanlarından istifadə etməklə Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı məkanına çevrilir. Bu, ölkəmizin regional və beynəlxalq proseslərdə çəkisini artıran mühüm amildir. Xüsusilə sülh və normallaşma prosesinin möhkəmlənməsi Azərbaycanın bu imkanlarından daha geniş istifadə etməsinə şərait yarada bilər”.

AMQF-nin sədri, xüsusilə Naxçıvanın gələcəkdə bu prosesdə mühüm strateji rol oynaya biləcəyini diqqətə çatdırıb. “Bu bölgə qarşıdakı illərdə Azərbaycanın ən dinamik inkişaf edən strateji məkanlarından birinə çevrilə bilər. Sülh və regional kommunikasiyaların inkişafı Naxçıvan üçün tamamilə yeni iqtisadi imkanlar yaradır. Burada məsələ yalnız nəqliyyat bağlantısının təmin olunmasından getmir. Naxçıvanı logistika, ticarət, turizm, xidmət və investisiya mərkəzlərindən birinə çevirmək üçün geniş perspektivlər mövcuddur. Naxçıvan Türkiyə və daha geniş Avrasiya məkanı ilə iqtisadi əlaqələrin mühüm qovşaqlarından biri ola bilər. Bu isə Naxçıvanda yeni müəssisələrin, xidmət sahələrinin və iş yerlərinin yaranmasına, əhalinin sosial rifahının yüksəlməsinə ciddi töhfə verə bilər”, - deyə o vurğulayıb.

Ramil İskəndərli qeyd edib ki, Orta Dəhlizin inkişafı, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi, Türkiyə ilə strateji tərəfdaşlığın genişləndirilməsi və regional sülhün möhkəmləndirilməsi bir-birini tamamlayan proseslərdir. Azərbaycan bu imkanları düzgün şəkildə əlaqələndirir, ölkəmizin regional və beynəlxalq əhəmiyyətini daha da artırmaqda davam edir:”Azərbaycanın nəinki tranzit ölkə statusu güclənib, həm də ölkəmiz formalaşan yeni regional münasibətlər sistemində əlavə dəyər yaradan əsas aktorlardan birinə çevrilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri