Icma.az
close
up
RU
Sülhü uzaq gələcəyə saxlamaqdansa, bu gün rəsmiləşdirmək lazımdır Deputat

Sülhü uzaq gələcəyə saxlamaqdansa, bu gün rəsmiləşdirmək lazımdır Deputat

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin 2031-ci ildə imzalanacağını açıqlayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Jalə Əliyeva bildirdi ki, Paşinyanın 2031-ci ili təsadüfi seçməsi ehtimalı azdır.

“Bu tarix daha çox Ermənistanın daxili siyasi təqvimi, hökumətin qarşıya qoyduğu uzunmüddətli hədəflər və cəmiyyətdə sülh gündəminin möhkəmləndirilməsi ilə bağlı ola bilər. Paşinyan bununla həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq auditoriyaya sülh prosesinin müəyyən zaman tələb edən, mərhələli proses olduğu mesajını verməyə çalışır”, - deputat qeyd etdi.

Jalə Əliyeva Azərbaycanın mövqeyindən yanaşdıqda əsas məsələnin sülhün konkret tarixə bağlanması deyil, onun real və davamlı şəkildə təmin edilməsi olduğunu vurğuladı.

“Əgər tərəflər arasında sülh sazişinin mətni razılaşdırılıbsa və ilkinləşdirilibsə, prosesin daha bir neçə il uzadılması üçün əsaslı səbəb olmamalıdır. Azərbaycan sülhün mümkün qədər tez rəsmiləşdirilməsində və regionda davamlı sabitliyin təmin olunmasında maraqlıdır”, - millət vəkili bildirdi.

Onun sözlərinə görə, 2031-ci il Paşinyanın öz siyasi məsuliyyətini gələcəyə daşımaq cəhdi kimi də qiymətləndirilə bilər. Deputat hesab edir ki, konkret nəticəni yaxın perspektivdə deyil, bir neçə il sonra proqnozlaşdırmaqla prosesdəki gecikmələr üçün müəyyən siyasi manevr imkanları saxlanılır.

“Halbuki Azərbaycan üçün yanaşma aydındır: sülh yalnız bəyanatlarla deyil, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, ərazi bütövlüyünə hörmət və regionda yeni qarşıdurma risklərinin aradan qaldırılması ilə möhkəmlənməlidir”, - J.Əliyeva vurğuladı.

Millət vəkilinin fikrincə, 2031-ci il real zərurətdən daha çox Ermənistanın siyasi planlaşdırmasının göstəricisi kimi görünür.

“Azərbaycan baxımından sülhün tarixini uzaq gələcəyə proqnozlaşdırmaqdan daha vacib məsələ mövcud imkanlardan istifadə edərək sülhü bu gün rəsmiləşdirmək və Cənubi Qafqazda yeni, sabit əməkdaşlıq mərhələsinə keçməkdir”, - J.Əliyeva fikrini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2026 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri