Icma.az
close
up
RU
Azərbaycan sülhü praktik olaraq qurur Deputat

Azərbaycan sülhü praktik olaraq qurur Deputat

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Post-münaqişə və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ümumilikdə bu sahədə formalaşmış praktiki təcrübə beynəlxalq müstəvidə təqdim olunur".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan bu istiqamətdə dünyada ən böyük təcrübəyə malik ölkələrdən biri hesab oluna bilər. Belə ki, əraziləri tamamilə dağıdılmış, uzun illər işğal altında qalmış bölgələrdə on minlərlə insanın öz yurdlarına qaytarılması, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, yaşıllıq zonalarının salınması və sosial həyatın bərpası ölkənin əldə etdiyi mühüm nəticələrdir. Bu proseslərə hər il milyardlarla vəsait yönəldilir və məqsəd həmin ərazilərdə sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafı təmin etməkdir:

“Bu baxımdan Azərbaycan Prezidenti tərəfindən aparılan siyasət yalnız siyasi bəyanatlardan ibarət deyil, eyni zamanda real və praktik addımlarla müşayiət olunur. Sürgün edilmiş insanların öz torpaqlarına qayıdışı, yaşayış məhəllələrinin və kəndlərin yenidən qurulması, yeni iqtisadi və sosial imkanların yaradılması sülh prosesinin real nəticələridir”.

Regiondakı proseslərə toxunan deputat Ermənistanda yaxınlaşan parlament seçkilərinin mühüm mərhələ olduğunu bildirib. Onun fikrincə, bu seçkilər ölkənin gələcək siyasi istiqamətini müəyyən edə bilər: ya sülh tərəfdarları güclənəcək, ya da revanşist meyllər yenidən fəallaşacaq. Hazırda Ermənistanda müxtəlif siyasi qruplar arasında ciddi mübarizə gedir və bu, “yeni Ermənistan” konsepsiyası ətrafında formalaşır:

“Radikal müxalifət, diaspor qurumları, bəzi oliqarx dairələr və Ermənistan kilsəsi sülh prosesinə qarşı təsir göstərməyə çalışır. Xarici təsir cəhdləri və regionda nüfuz uğrunda rəqabət də bu prosesləri daha da mürəkkəbləşdirir”.

Deputat vurğulayıb ki, Cənubi Qafqaz hazırda həm nəqliyyat-logistika baxımından, həm də enerji və geosiyasi layihələr kontekstində strateji əhəmiyyətini artırır. Zəngəzur dəhlizi də daxil olmaqla yeni regional layihələr regionun gələcək inkişafında mühüm rol oynayır.

Fariz İsmayılzadə onu da bildirib ki, Azərbaycan bu proseslərdə etibarlı tərəfdaş kimi çıxış edir, sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə regionda mühüm rol oynayır. Ölkə milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürüdür və regional inkişaf layihələrinin fəal iştirakçısıdır.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 May 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri