Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Sülhün dili, həmrəyliyin gücü və mənəvi məsuliyyət ŞƏRH

Sülhün dili, həmrəyliyin gücü və mənəvi məsuliyyət ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Müasir dünyanın qarşılaşdığı mürəkkəb proseslər fonunda sülhün və qarşılıqlı anlaşmanın qorunması yalnız siyasi institutların deyil, cəmiyyətin mənəvi dayaqlarını formalaşdıran bütün təsisatların qarşısında dayanan mühüm vəzifələrdən biridir. Bu baxımdan dini liderlərin mövqeyi, onların cəmiyyətlərə ünvanladığı çağırışlar və müxtəlif xalqlar arasında dialoqa verdikləri töhfə xüsusi əhəmiyyət kəsb edir. Sentyabrın 15-də Prezident İlham Əliyevin beynəlxalq dini nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər də məhz bu məsələlərin aktuallığını bir daha gündəmə gətirib.

Görüşdə diqqət çəkən əsas məqamlardan biri dini liderlərin sülh proseslərinə münasibəti ilə bağlı olub. Prezident İlham Əliyev dini liderlərin hər bir sözünün sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa istiqamətlənməsinin vacibliyini vurğulayıb. Bu yanaşma dinin insanları qarşıdurmaya deyil, qarşılıqlı hörmətə və anlaşmaya səsləyən mənəvi imkanlarının önə çəkilməsini nəzərdə tutur.

Bu gün dünyada dini və milli zəmində ayrı-seçkilik, dözümsüzlük və İslamofobiya ilə bağlı narahatlıqların mövcudluğu belə dialoqların əhəmiyyətini artırır. Prezident çıxışında İslam dünyasına qarşı münasibətlə bağlı narahatlığını ifadə edərək İslamofobiyanı daha geniş proseslərin tərkib hissəsi kimi təqdim edib. Belə bir şəraitdə dini alimlərin və liderlərin üzərinə düşən vəzifələrdən biri dini dəyərlərin mahiyyətinin düzgün izah olunması, insanların bir-birinə hörmət və dözümlülük prinsipləri əsasında münasibət qurmasına töhfə verilməsidir.

Azərbaycanın bu məsələyə yanaşmasında praktiki addımlar da mühüm yer tutur. Ölkənin İslam Əməkdaşlıq Təşkilatı və ICESCO ilə əməkdaşlığı, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi, eləcə də qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsinin nəzərdə tutulması dini-mədəni əməkdaşlığın beynəlxalq müstəvidə davam etdirildiyini göstərir.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini irsin bərpasına xüsusi diqqət ayrılması da təsadüfi deyil. Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpa olunduğunu, dini abidələrin, o cümlədən məscidlərin yenidən qurulduğunu bildirib. Onun sözlərinə görə, bərpa prosesinə məhz məscidlərdən başlanılıb. Bu fakt dini-mədəni irsin qorunmasının dövlət siyasətində tutduğu yeri göstərən mühüm nümunə kimi diqqət çəkir.

Ağdam Cümə məscidi ilə bağlı səsləndirilən fikirlər də bu baxımdan xüsusi məna daşıyır. Azərbaycan ərazilərində yerləşən dini abidələrin bərpası yalnız tarixi tikililərin yenidən qurulması ilə məhdudlaşmır. Bu proses həm də həmin məkanların tarixi yaddaşdakı yerinin qorunmasını, dini və mədəni irsin gələcək nəsillərə çatdırılmasını qarşıya məqsəd qoyur. Görüşdə konfrans iştirakçılarının Ağdam məscidində tədbirin davam etdirilməsi və Xocalıya səfərlə bağlı məsələlərin müzakirə olunması da bu kontekstdə diqqət çəkir.

Azərbaycanın sülh gündəliyinə verdiyi əhəmiyyət də Prezidentin çıxışının mühüm istiqamətlərindən biri olub. O, Türk dünyasında və Qafqazda sülhün qorunmasının vacibliyini qeyd edib və sülh şəraitinin möhkəmləndirilməsi üçün səylərin davam etdirilməsinə çağırıb. Burada əsas məsələ yalnız müharibənin dayanması deyil, əldə olunmuş sülh şəraitinin uzunmüddətli və davamlı xarakter alması üçün qarşılıqlı etimad mühitinin formalaşdırılmasıdır.

Bu baxımdan dini-mənəvi amillə siyasi və ictimai proseslər arasında qarşılıqlı əlaqə də diqqətdən kənarda qala bilməz. Dini liderlərin xalqlar arasında dialoqa, mehriban qonşuluğa və qarşılıqlı hörmətə çağırışları cəmiyyətlərdə sülh mədəniyyətinin möhkəmlənməsinə xidmət edə bilər. Yəhya Bakuvinin irsinin müzakirə olunduğu beynəlxalq platformanın məhz Bakıda keçirilməsi də tarixi irslə müasir dövrün ehtiyaclarının əlaqələndirilməsi baxımından əlamətdardır.

Belə tədbirlər həmçinin Türk dünyasının müxtəlif ölkələrinin və İslam coğrafiyasının dini nümayəndələri arasında əlaqələrin genişlənməsinə imkan yaradır. Bir masa ətrafında müxtəlif ölkələrdən gəlmiş dini liderlərin, alimlərin və ictimai xadimlərin fikir mübadiləsi aparması qarşılıqlı təcrübənin bölüşdürülməsi və ortaq mənəvi dəyərlərin müzakirəsi üçün mühüm imkan formalaşdırır.

Sentyabrın 15-də keçirilən görüşün əsas məzmunu da göstərir ki, dini-mənəvi həmrəylik yalnız tarixi irsin xatırlanması deyil, həm də bu irsin müasir dünyanın ehtiyaclarına uyğun şəkildə yaşadılması məsələsidir. Sülhə, qarşılıqlı hörmətə, insan ləyaqətinə və əməkdaşlığa əsaslanan yanaşmaların gücləndirilməsi müxtəlif cəmiyyətlərin ortaq maraqlarından biri olaraq qalır. Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq görüşlər həmin məsələlərin müzakirəsi üçün mühüm dialoq imkanları yaradıb.

Aidə İsgəndərli

YAP Gədəbəy rayon təşkilatının gənc fəalı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see417

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see340

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see316

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see311

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see293

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see289

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see285

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see270

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see270

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see260

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see244

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see224

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see203

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see202

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see183

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see177

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see175

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri