Icma.az
close
up
RU
Sulşer imza mərasimində nələr dedi? onun maaşı bəlli oldu

Sulşer imza mərasimində nələr dedi? onun maaşı bəlli oldu

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

''Beşiktaş''ın Ole Qunnar Sulşer ilə anlaşdığını, norveçli mütəxəssisin İstanbula gəldiyini və ''Samsunspor''a qarşı oyunu tribunadan izlədiyini xəbər vermişdik.

''Football-plus.az'' xəbər verir ki, bazar günü ''Tüpraş Stadionu''nun moda mərkəzində Sulşerin rəsmi imza mərasimi keçirildi. Onunla ilyarımlıq müqavilə imzaladı. Tədbirdə iştirak edən başqan Sərdar Adalı önəmli bir məlumatı jurnalistlərlə paylaşaraq 51 yaşlı mütəxəssisin mövsümün sonuna qədər olan maaşının 1,2 milyon avro, gələn mövsüm üçün maaşının 2,4 milyon avro təşkil edəcəyini bildirdi. İndi isə sözü verək Sulşerə:

''Başqanla çox gözəl danışıqlar prosesi baş tutdu. Bir-birimizi çox tez anladıq. Söhbətimiz səmimi alındı və bu cür ünsiyyəti komanda daxilində də qurmağa çalışacağıq. UEFA-da işlədiyim dönəmdə ''Beşiktaş''ın bir neçə oyununu izləmişdim. Belə böyük bir klubda çalışmaq mənim üçün qürurvericidi. Fanatların nə istədiyini bilirəm və bunu həyata keçirmək üçün gecə gündüz çalışacağıq. Mən yalnız qalib gəlmək üçün burdayam. Komandada da çoxlu qalib mentalitetli oyunçular var. Amma eyni zamanda reallıq hissini unutmamalı, səbrli olmalı və doğru addımlar atmalıyıq. Yanlış qərarlar verməyə və yanlış transferlər etməyə zamanımız yoxdu. İstanbulda ilk günüm mükəmməl keçdi. Hər kəs məni çox yaxşı qarşıladı. İlk gündən komanda ilə bağlı raportlar hazırladım. Artıq rəsmi olaraq işə başlamaq zamanıdı. Biz norveçlilər təvazökar və çalışmağı sevən xalqıq. Təslim olmağı da sevmirik. ''Beşiktaş'' da məhz bu cür keyfiyyətlərə malikdi. Yeri gəlmişkən, qızım 2003-cı ilin martın 3-də doğulub. ''Beşiktaş'' da 1903-cü ilin martın 3-də yaranıb. Arada düz 100 illik fərq var. Məncə, bu da bir işarədi. İstedad öz yerində, amma üzərimizdə də çox çalışmalıyıq. İlyarım ərzində iki tərəf də bir birindən məmnun qalsa, birillik şərti müqavilə də qüvvəyə minəcək. Joze Mourinyo ilə hələ danışmamışam. Mükəmməl məşqçidi. Onunla yenidən görüşəcəyimə inanıram. Çox hörmət etdiyim bir məşqçidi. Türkiyəyə gələn məşqçilərin təzyiqdən saçı ağarır? Mənim belə bir qorxum yoxdu. Çünki saçlarım onsuz da ağarıb (gülür). ''Mançester Yunayted''də ümumilikdə 18 mövsüm keçirmişəm. Təzyiqin nə demək olduğunu bilirəm''.


ƏLİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri