Icma.az
close
up
RU
Sum qayıtmadı

Sum qayıtmadı

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xeyli vaxtdı marketlərimizin xəmir yeməklər bölmələrində Türkiyədən gəlmə bir fastfut növü peyda olub, adına da "böyrək” deyirlər. Əvvəllər mən elə bilirdim bu yemək mal böyrəyindən hazırlanır. Sən demə, elə deyilmiş. Bizi çaşdıran yeməyin səhv ifadə olunan adı imiş. "Qozlu börək”, "pendirli börək”, nə bilim, "kartoflu börək”.  Sən demə, söhbət böyrəkdən yox, bürüməkdən gedirmiş! Ona görə də yeməyin adı "börək” yox, "bürük” imiş. Məsələn, pendiri xəmirə büküb kürədə bişirəndə adı olurmuş "pendirli bürük”. Eləcə də qozlu bürük, köbələkli bürük! 

Beləcə, öz yeməklərimizin adını yolda itirdiyimizə görə erməni kimisinin biri götürüb deyir bu, bizim milli yeməyimizdi. Bizdə də bu cür yeməyə dürmək deyirlər. Məsələn, yuxanın arasına göyərti, pendir qoyub yeyirik, adı da olur "dürmək”. 

Hələ ətli xəngəlimizə baxın! Bu yeməyə buryatlar buuz, özbəklər, uyğurlar mantı, biz xəngəl deyirik. Azərbaycanın qərb zonasında əsasən yayma xəngələ üstünlük verildiyinə görə bu yeməyin döymə ət bükülmüş növünə ən çox Borçalıda rast gəlinir. Ona görə bugün "gürcü xəngəli” dediyimiz həmin xəngəlin adı Borçalı xəngəlidi.  Kimə deyirsən? Bütün millət bu yeməyin adına "gürcü xinkalı" deyib durur. Halbuki, gürcü mətbəxi üçün xəmir yeməklər heç də xarakterik deyil. Məsələn, bir gürcüdən soruşsan ki, bico, "xinkal” nə deməkdi, gözünü döyəcək. Dağıstan türklərində və şimal bölgələrimizdə bunun "gürzə" adlı forması da var. "Xəngəl" xəncər sözündəndi, onun xəmiri iti ağızlı bıçaqla doğrandığına görə "xəncəl-xəngəl" adlanıb. Gürzə də başqa bir xəncər növünün adıdı. Yatağan adlı xəncər də var. Bunların hamısı türk yaraqlarının adıdı. Ay bədbəxt azərbaycanlı, öz mədəniyətini niyə tupoy kafeçilərin ağlı ilə zorla gürcüyə verirsən? "Gürcü xinkalı” nədi, hələ kafelərdə menyuya da belə yazırsan.

Borçalı demiş, Qazaxda, Gürcüstanla aramızdakı sərhəddə bir qədim körpü var, adına "Sınıq körpü” deyirlər. Baxırsan, körpünün heç bir sınıq, çat yeri yoxdu. Dayaqları arka formasında hörülüb, körpü qabarıq hörgü qanunlarına görə hər cür ağırlığa davam gətirir. Əslində isə körpünün adı sınıq yox, "Sınaq körpü”dü! Qədimdə belə körpüləri inşa edən baş memarın boynuna qoyurdular ki, ağırlığa tab gətirən inşa etməsən kərpicləri sənin belinə töküləcək. Yəni, körpü tikilib hazır olandan sonra ağırlığa dözümünü yoxlamaq üçün üstündən ağır arabalar yeridirdilər və sınaq vaxtı memar körpünün altında dayanırdı. Ki, körpü mükəmməl deyilsə qoy, memarın belinə uçsun. 

Aramızdakı bu "Sınaq körpü” haqda əfsanə də var. Əfsanədə deyilir ki, sınaq vaxtı təkcə memarın özü yox, onun ailə üzvləri də körpünün altında dayanıb. 

Hələ "Qarabağ” sözünün etimologiyasını demirəm! Demək, təbliğat o qədər səhv gedib ki, çox adam elə bilir Qarabağ böyük bağ deməkdi. Çox gülməlidi! A kişilər, Qarabağ Qarapapaq sözündəndi! Borçalıdan üzü bəri bütün Kür çayı hövzəsi boyu Qarapapaqlar səpələnib. Borçalıda bu gün də köhnə kişilər özlərinə "Qarapapax” deyirlər. Qarapapax-Qarapbax-Qarabağ!

Sonra. Uca bir Ağrı dağı var, haçan baxsan zirvəsində qar görünür. Bu dağ həmişə uzaqdan qar dağı kimi görünür- dümağ. Dağın adı "Ağrı” yox, "Ağarıdı”! Ağarı dağı! Yəni, həmişə ağaran dağ! Ermənilər bu dağa Ararat deyir. Çünki, bu dağa "Ağaran dağ” da demişik. 

Birini də deyim, üç olsun, düşmən puç olsun!

Deməli, Göyçə gölünə axan çaylardan birinin də adı Axtamardı. Bizim dildə "ağ su” və "qara su”  mövhumları var. Tərkibində duz olan, içməyə yaramayan, cod suya "qara su”, tərkibi təmiz olan içməli suya isə, "şirin su”, yaxud "ağ su” deyirik. "Axtamar” isə axtamar yox, Osmanlı qardaşlarımızın dediyi kimi "Ak-tamar”dı. Ağ damardı, yəni. Suyu içməli olan, suyu ağ olan çaydı – Ağ damardı, ağ damar! 

Kimə deyirsən? Bir vaxtlar erməni belə bir əfsanə uydurub bizim millətin ağlına yerləşdirmişdi. Guya, bir azərbaycanlı oğlan Tamara adlı bir erməni qızına aşiq olur. Erməni qızı oğlanın qarşısına şərt qoyur. Ona deyir, əgər sən Göyçə gölünü bu üzdən o üzə üzüb geri qayıda bilsən səninlə evlənməyə razılıq verərəm. Oğlan qızın şərtinə görə gölün bu üzündən o biri tərəfinə üzməyə başlayır və Aktamar çayının hövzəsinə çatanda artıq üzməyə nəfəsi çatmır. Son nəfəsində sahildə onu gözləyən qıza tərəf "Ax Tamara!” deyə bağırır. Bu əhvalatdan sonra həmin çayın adı Axtamar olur. 

Gözünüz aydın, ermənilər lap çoxdan "Axtamar” konyakı buraxır. 

Yadıma gəlir, Sumqayıt adı haqda da belənçik bir əfsanə uydurub orta məktəb kitablarına salmışdılar. Burdakı əhvalat biraz fərqli olmuşdu. Burda qız Sum adlı oğlana səslənmişi: "Sum, qayıt, Sum qayıt!” Sum hara qayıdır? 

Deyirəm axı, 20 Yanvardakı taksi şoferləri də hərdən o naməlum Sumu  səsləyirlər: "Sum, qayıt, Sum, qayıt!”  Sum hara qayıdır?! Bilir ki, qayıdan kimi onu zorla maşına basıb Sumqayıta aparacaqlar.         

Murad Köhnəqala

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri