Icma.az
close
up
RU
Sumqayıt Bulvarı ərazisində ASAN Xidmət mərkəzi istifadəyə verildi, amma... SAKİNLƏRDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT

Sumqayıt Bulvarı ərazisində ASAN Xidmət mərkəzi istifadəyə verildi, amma... SAKİNLƏRDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhərsakinləri adından Vəliyev Sahib Məmməd oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcova müraciət edən şikayətçilərin məktbunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Sizin göstərişinizlə, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun əməyi sayəsində Sumqayıt şəhəri günü-gündən gözəlləşir, inkişaf edir.  

Dövlət xidmətlərinin göstərilməsini sadələşdirmək və vətəndaş məmnuniyyətini artırmaq məqsədi ilə 2012-ci il, iyulun 13-də 685 saylı fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaratdı və ASAN xidmət mərkəzləri də bu agentliyin tərkibinə daxil edildi. Bu agentlik vətəndaşlara bir sıra dövlət xidmətlərini bir məkanda təqdim etmək üçün yaradılmışdır.

Möhtərəm Prezidentimizin göstərişləri və cənab Zakir Fərəcovun əməyi hesabına Sumqayıt sakinləri üçün böyük əraziyə malik gözəl Bulvar salınmışdır. Bulvar ərazisində məskunlaşan sakinlərin və buradakı binaların çoxluğundan buranı Yeni Sumqayıt şəhəri adlandırırlar. Bu səbəbdən, Sumqayıtın Bulvar ərazisində 2-ci "ASAN Xidmət" mərkəzi istifadəyə verilmişdir.

Lakin əfsuslar olsun ki, Bulvar ərazisində yeni istifadəyə verilən 2 saylı Sumqayıt "ASAN Xidmət" mərkəzində kommunal xidmətlər (işıq, qaz, su) göstərilmir, sakinlər əziyyət çəkirlər. Bulvar sakinləri burada tikilmiş 2-ci Sumqayıt "ASAN Xidmət" mərkəzinin kommunal xidmətlərindən yararlana bilmirlər.

Möhtərəm Cənab Prezidentimizin sayəsində "ASAN Xidmət" mərkəzləri vətəndaş məmnuniyyətini artırmaq məqsədi istifadəyə verilib. 

Nə üçün 2 saylı Sumqayıt "ASAN Xidmət" mərkəzində əhaliyə kommunal xidmətlər (işıq, qaz, su) göstərilməsin?!

Sizlərdən artıq dərəcədə xahiş edirik, bizim müraciətimizi nəzərə alaraq, Sumqayıt şəhər Bulvar ərazisində istifadəyə verilmiş 2 saylı Sumqayıt "ASAN Xidmət" mərkəzində əhaliyə kommunal xidmətlər (işıq, qaz, su) göstərilməsi üçün köməklik göstərəsiniz.

Əvvəlcədən Sizə minnətdarıq”.

Hazırladı: Jalə FAMİLQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri