Sumqayıt fəaliyyətini dayandırdı paylaşım edildi
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Azərbaycan Minifutbol çempionatında mübarizə aparmış "Sumqayıt" Minifutbol klubu fəaliyyətini dayandırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib:
"Maliyyə problemləri və sponsor dəstəyinin olmaması səbəbindən Sumqayıt Minifutbol Klubu fəaliyyətini dayandırır. Klubumuz Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, maddi çətinliklər səbəbindən turnirdə iştirakdan imtina etməli oldu. 8 illik fəaliyyətimiz boyunca Sumqayıtı layiqincə təmsil etdik, minifutbola futbolçular yetişdirdik, böyük ailəyə çevrildik və ölkənin ən güclü klublarından biri olduq. Klubun təsisçisi və rəhbəri Nicat Ələsgərov, ən uğurlu və sonuncu baş məşqçisi isə Nicat Məhərrəmov olmuşdur.
Son kapitanlarımız:
• Emil Abbaszadə
• İmaməli Nağıyev
• Süleyman Piriyev
• Çingiz Həziyev
Bu illər ərzində klubumuz üçün əziyyət çəkən bütün futbolçulara, məşqçilərə və işçi heyətinə sonsuz təşəkkür edirik".
saytlarin hazirlanmasi
Baxış sayı:88
Bu xəbər 08 May 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















