“Sumqayıt”ın baş məşqçisi: “Zayon Yanq xilaskarımıza çevrildi” İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Bu gün əsl komanda oyunu sərgilədik”.
İdman.biz xəbər verir ki, bunu “Sumqayıt” basketbol klubunun baş məşqçisi Vadim Kuramşin deyib.
O, Azərbaycan çempionatının XII turunda “Lənkəran”la matçı şərh edib: "Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Matçın gedişində 4 fol edən Saadettin Donatı ehtiyata çəkib onun son dəqiqələrə saxlamaq istəyirdik. Bu da bizim işimizə yarıdı. Hərçənd matçın müəyyən hissəsində işlərimiz elə də qaydasında getmədi. Dəqiqlik faizimiz aşağı düşmüşdü. Halbuki son oyunlarda bu göstəricidə üstün idik. Bu gün snayperimiz Zayon Yanq xilaskarımıza çevrildi. O, son dəqiqələrdə özünü əsl lider kimi apardı. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Buna görə də onların səbətinin altında ötürmələrimiz o qədər də effektli olmurdu. İstənilən halda, mövsümdə ilk səfər qələbəmizi qazandıq. Ümid edirəm ki, ardı gələcək".
Qeyd edək ki, B qrupunda mübarizə aparan “Sumqayıt” “Lənkəran”a 93:90 hesabı ilə qalib gəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 24 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















