Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Süni intellekt həyatımızı dəyişəcək: 27 sənəd tam olaraq rəqəmsallaşıb

Süni intellekt həyatımızı dəyişəcək: 27 sənəd tam olaraq rəqəmsallaşıb

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi


Azərbaycanda rəqəmsal konsepsiyanın qüvvəyə minməsi ilə rəqəmsal transformasiya daha da sürətlənəcək


Azərbaycanda süni intellekt strategiyası hazırlanır. Bu yaxınlarda “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edən Baş nazir Əli Əsədov qeyd edib ki, rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir: “Hazırda biz Azərbaycan üçün süni intellekt strategiyasını hazırlayırıq. Biz süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar ilk növbədə səhiyyə, nəqliyyat və təhsildir". 

Baş nazir qeyd edib ki, müasir qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir: "O cümlədən, bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı əlaqəni sadələşdirir və rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir".

Qeyd edək ki, Azərbaycanda hazırlanan süni intellekt strategiyası bu istiqamətin necə inkişaf etdirilməsi yollarını formalaşdıracaq. Normativ baza olmadan texnologiyanın inkişafı müəyyən mərhələlərdə ciddi çətinliklə üzləşir. Texnologiyanın inkişafını dəstəkləyən tənzimləyici baza vacibdir. Həmçinin texnologiyanın inkişafı üçün lazımi infrastruktur təmin edilməlidir. Çünki infrastruktur olmadan yeni texnologiyaların tətbiqi və istifadəsi çətin olur.

Süni intellekt sahəsində ölkəmizdəki vəziyyəti dəyərləndirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında qeyd edib ki, dövlət qurumları yavaş-yavaş süni intellekt layihələrinin reallaşmasına resurslar ayırmağa başlayıb. Hətta ötən il bir neçə süni intellekt layihələri ilə üzrə tenderlər olub: “İqtisadiyyat Nazirliyi “Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqi üçün proqram təminatının hazırlanması və əlaqədar xidmətlər”, MİDA isə "Güzəştli mənzil" sistemi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinin göstərilməsi üçün maliyyə ayırıb. "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" isə “Su ehtiyatlarının idarə olunmasında süni intellekt və digər innovativ həllərə dair "bootcamp"in təşkili xidmətinin satın alınması”na maliyyə ayırıb. Lakin hazırda bu layihələr haqqında ağlabatan məlumatlar əldə etmək mümkün deyil. 

Bu yaxınlarda açıqlanan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyimiz də süni intellekt əsaslı həllər hazırlamağı hədəfləyib. Nazirlik "McKinsey & Company" (Azerbaıjan) şirkətiylə 10 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb. Bildiyim qədər Nazirlik süni intellekt modelləri əsasında kənd təsərrüfatı məhsullarının, bütövlükdə aqrar sektorun inkişafının proqnozlaşdırılması sistemini hazırlamağı hədəfləyib.

Düşünmək olar ki, süni intellektlə Yerin müşahidəsi peyklərinin çəkdiyi görüntüləri analiz edərək kənd təsərrüfatı sahələrində məhsul vəziyyətini və gözlənilən məhsuldarlığı təyin etmək, monitorinqlər aparmaq, iqlim dəyişikliklərini nəzərə alaraq məhsuldarlıq proqnozlaşdırmaq, Aİ modellər hazırlamaq və s. nəzərdə tutulub. Maraqlıdır ki, yetərli data olmadığı bir halda bu tip modellər necə yaradılacaq görəsən?


Görünür ki, ölkədə süni intellektin inkişafına cavabdeh olan qurumların da bu layihə haqqında məlumatları yoxdur. Onların da açıqlamalarında bu haqda heç bir məlumata rast gəlmək mümkün deyil”.

Ekspertin sözlərinə görə, hazırda diqqət cəlb edən məsələlərdən biri də odur ki, süni intellekt sahəsində layihələrin reallaşmasında koordinasiya yox dərəcəsindədir: “Ölkəmizdə İN tərəfindən süni intellekt ekosistemin inkişafı üçün böyük bir Superkompüter Mərkəzi qurulur. Hamının bəhrələnməsi nəzərdə tutulub. Amma hamının, maraqlı tərəflərin, startap və innovasiya ekosistemin, elm və təhsil sektorunun, biznes və dövlət qurumlarının bu infrastrukturdan istifadəsini təşkil edəcək mexanizmlər, koordinasiya hələlik gözə dəymir. Superkompüter Mərkəzindən hamının effektiv istifadəsi üçün indidən münbit şərait yaradılması vacibdir”.

Süni intellekt strategiyası ilə bağlı “Şərq”ə danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Azərbaycanın bu istiqamətdə istehlakçı olduğunu deyib: 

“Süni intellekt məsələsi Azərbaycanda istehlakçı müstəvisindədir. Süni intellekt məsələlərinin qurulması, yəni süni intellekt həllərinin Azərbaycanda dövlət qurumlarına inteqrasiya olunması, ölkəyə aid bəzi müxtəlif proseslərin süni intelleklə emal olunması, məsələn, Azərbaycan kənd təsərrüfatı torpaqlarının, eləcə də müxtəlif gənclər siyasətinin süni intellektlə idarə olunması və digər dövlət qurumlarının yaratdıqları portallarda sənədləşmə prosesi, onların emalı, qəbulu süni intellektlə həyata keçirilməsi əsaslı bir sənədləşmə istəyir.  Dövlətin bu istiqamətdə qanun-qaydaları olmalıdır. Orada müxtəlif məxfi məlumatlar var. Bu proseslərdə süni intellektin istifadəsi artıq qanunvericilik tərəfindən düzgün şəkildə tənzimlənməlidir. Burada texniki məqamlar çoxdur. Bunların hər birisinə qanunvericilik münasibət bildirməlidir. Əgər böyük dil modelləri ilə işlənəcəksə, bizim fərdi məlumatlar gedib böyük dil modellərinə emal olunacaq, yoxsa Azərbaycanın özünün süni intellekti yaradılacaqmı və s. kimi məsələlər sual doğurur. Bunlar təhlil olunub cavablandırılmalıdır".

E.Abbasovun fikrincə, Azərbaycanda rəqəmsal konsepsiyanın qüvvəyə minməsi ilə rəqəmsal transformasiya daha da sürətlənəcək: "Artıq konseptual bir forma həyata keçiriləcək. Qurumların bir-biri ilə əlaqəli vahid konsepsiya istiqamətində rəqəmsal transformasiya fəaliyyəti daha da güclənəcək. Dövlət və hökumət portaları, eləcə də qurumlarının fiziki formada kağız daşıyıcıları üzərindən apardıqları sənədləşmə prosesləri artıq rəqəmsal müstəviyə keçib. Azərbaycanda artıq 27 sənəd tam olaraq rəqəmsallaşıb. Şəxsiyyət vəsiqəsini rəqəmsal formada təqdim etmək olur. Digər qurumların vətəndaşlara olan münasibətinin rəqəmsal müstəviyə keçməsi əhəmiyyətli məsələdir. Bu, dövrün çağırışlarından biridir. Ən ucqar rayon və kəndlərdəki vətəndaşlar hər hansı nazirliyə və ya dövlət qurumu ilə olan münasibəti üçün fiziki formada harasa gedib-gəlməyə ehtiyac duymadan mobil telefonlar, yaxud da kompüterlər vasitəsilə lazımi sənədlərini lazımi formada əldə edə biləcəklər. Bu istiqamətdə artıq 27 sənəd tam rəqəmsallaşıb".

Gözləntilərinə gəldikdə isə ekspert qeyd edib ki, sürətli şəkildə elektron hökumət quruculuq istiqamətində dövlət qurumlarının birgə rəqəmsal konsepsiya formatına uyğun olaraq rəqəmsallaşmayan sənədlərin rəqəmsallaşma prosesini intensiv olaraq davam etdirməliyik. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Fevral 2025 04:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri