Icma.az
close
up
RU
“Super qrip”ə görə məktəblər bağlanır Azərbaycana keçə bilər?

“Super qrip”ə görə məktəblər bağlanır Azərbaycana keçə bilər?

Icma.az, Metbuat saytına istinadən bildirir.

Avropada H3N2 virusunun yeni mutasiyası ilə əlaqələndirilən "super qrip" halları artıb. Hətta bu səbəbdən İngiltərədə bir çox məktəblər bağlanılıb, İspaniyada isə maska və qrip dərmanlarına tələbat artıb. Bəs bu virusun Azərbaycanda da yayılma ehtimalı var?

İnfeksionist həkim Mərdan Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, qripin A və B tipləri olur, H3N2 ştammı isə A qripinin bir növüdür:

"B tipi daha yüngül gedişlidir, A tipi isə daha ağır formadır və ən çox rast gəlinən də A tipli qrupdur. Hazırda Avropada xəstəlik hallarının böyük əksəriyyətini bu virus təşkil edir. Avropada yayılıbsa, bizə gəlmə ehtimalı da var, çünki Avropadan Türkiyəyə, Türkiyədən isə bizə keçə bilər və ya birbaşa Avropadan ölkəmizə yayıla bilər".

Həkimin sözlərinə görə, bu virus daha sürətli yoluxa bilir və immun sistemi zəif olanlarda, eləcə də yaşlılarda daha ağır gedişə səbəb ola bilər:

"Ümumiyyətlə, qripə bənzər xəstəliklərin və kəskin respirator virus infeksiyalarının qarşısını almaq üçün ilk növbədə maskadan istifadə etmək lazımdır. Xüsusən də ictimai yerlərə gedərkən maska taxmaq vacibdir. Virus kontakt yolu ilə də yayıldığı üçün əllərin yuyulması və dezinfeksiya edilməsi, yəni əl gigiyenası çox önəmlidir. Hal-hazırda bu virus ölkəmizdə yoxdur, amma payız–qış mövsümündə tənəffüs yolu infeksiyalarının sayı təbii olaraq artır".

M. Əliyev qeyd edib ki, bu tip xəstəliklərdə sadə qaydalara əməl etmək vacibdir:

"Xəstə uşaqları valideynlər bağçalara, məktəblərə buraxmasınlar. Xəstə şəxs işə getməsin. Bir neçə gün istirahət eləmək lazımdır xəstələnən zaman, çünki əgər istirahət eləmiriksə, işləyiriksə, bu xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilir. Bol maye qəbul eləmək lazımdır. Qızdırma yüksək olanda qızdırmasalıcı vasitələrdən istifadə edilməlidir. Yüngül qidalanma rejiminə keçmək və meyvə-tərəvəzlə bol vitaminli qida qəbul etmək tövsiyə olunur".

Mütəxəssis əlavə edib ki, qripə qarşı peyvənd də mövcuddur və bu peyvənd qripdən qorunmağa kömək edir. Xüsusilə risk qrupuna daxil olan şəxslərə – yaşlılara, xroniki xəstəliyi olanlara və immun sistemi zəif olanlara qrip peyvəndi tövsiyə olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri