Icma.az
close
up
RU
Suqovuşanı Kəlbəcərlə birləşdirən avtomobil yolunda hansı işlər görülür?

Suqovuşanı Kəlbəcərlə birləşdirən avtomobil yolunda hansı işlər görülür?

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam etdirilir.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, uzunluğu 80 km, torpaq yatağının eni 15 metr təşkil edəcək yol iki hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.

Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirilməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi üsulundan istifadə olunur.

Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Layihə üzrə körpülərin və lazımi yerlərdə istinad divarının inşası da nəzərdə tutulub.

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Noyabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see359

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see218

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see185

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see142

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see129

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see127

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see125

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see124

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see124

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see124

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see123

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see122

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see122

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see122

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see119

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see116

Futbolçunu təhqir etdi, bir il azadlıqdan məhrum olundu

04 Sentyabr 2025 08:40see116

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see116

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri